Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Maşın bazarında müdhiş ucuzlaşma - Faktlar


Maşın bazarında müdhiş ucuzlaşma - Faktlar

3-10-2015, 07:35
Oxunma sayı: 849
Maşın bazarında durğunluq yaranıb.
10 min manata olan avtomobillər 6-7 min manat arasında satılır. Bu ucuzlaşma həm Maşın bazarında müdhiş ucuzlaşma - FaktlarRusiya istehsalı olan, həm də xarici avtomobillərdə müşahidə olunur. Oxu.az-ın əməkdaşı Bakının maşın bazarlarından birində olub. Avtomobil satışı ilə məşğul olan İlham Kərimov bildirib ki, bahalı alıcısı yoxdur: “Cip”, “Toyota” kimi bahalı maşınlar ucuzlaşsa da, alan yoxdur. Balaca maşınların qiyməti 2-3 min manat düşübsə, böyüklərdə bu rəqəm 10-15 min manat arasında dəyişir. 2008-ci il istehsalı olan “Prado”nu 28-30 min manata almaq mümkün idisə, indi bu avtomobillərin qiyməti 21-22 min manatdır. Avtosalon administratoru Ramin Tahirov isə qeyd edib ki, hazırda bazarın 50%-i boşalıb: “Bir ay bundan əvvəl 65 min manata satılan avtomobilin qiyməti 60 min manata düşüb. Alıcı artıq başa düşür ki, növbəti mərhələdə 60 minlik maşının qiyməti 55 min manata belə düşə bilər. Yəni, qısası, bahalı maşın alsa pulunu itirəcək. Əslində, alıcıları da başa düşmək olar. Onlar pullarını itirmək istəmirlər”. “İmperial Car şirkətinin rəsmisi İlham Tağıyev hazırda qiymətlərin Gürcüstanın maşın bazarından belə ucuz olduğunu, amma bazarın dayandığını bildirib: “Bazarda vəziyyət dayanma nöqtəsindədir. Avtomobillərin qiymətləri hər gün düşür. 40 min manata satdığımız maşını 20 minə, 20 minə satdığımız maşını isə 12 minə sata bilmirik. İndi Gürcüstandan maşın gətirən yoxdur, yerli bazarda qiymətlər ondan da ucuzdur”. Turbo.az saytının rəhbəri Anar Nəziyev bildirib ki, hazırda maşınların satışları üç dəfəyə qədər azalıb.
Axar.az
Sosial şəbəkələrdə paylaş: