"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+)
Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr
Sərnişin avtobusu qəzaya uğradı Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur - FOTOLAR Ucar rayonunda təlim keçirildi. Yeni ictimai birlik fəaliyyətə başladı



» » Nəqliyyat naziri avtomobil yollarının keyfiyyəti ilə bağlı narazılıq edib


Nəqliyyat naziri avtomobil yollarının keyfiyyəti ilə bağlı narazılıq edib

12-09-2015, 08:30
Oxunma sayı: 305
Nəqliyyat naziri avtomobil yollarının keyfiyyəti ilə bağlı narazılıq edibBakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Nəqliyyat Nazirliyində ölkənin nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2015-ci ilin 8 ayı ərzində yerinə yetirilən işlərin yekunlarına, nəqliyyat-yol kompleksi üzrə 2016-cı ilin büdcə və proqnoz göstəricilərinə və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə müvafiq qurumların və strukturların hesabatları dinlənilib.
Nazirlikdən "Report"a daxil olan xəbərə görə, nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçiriliən müşavirədə nazir müavini Musa Pənahov 2015-ci ilin 8 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Müşavirədə "Azəryolservis" ASС-nin sədr əvəzi Saleh Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun hesabatları dinlənilib.
Z.Məmmədov daha sonra çıxışında vurğulayıb ki, sentyabrın 8-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə nəqliyyat sektoruna aid səsləndirilmiş iradlar nazirliyin bundan sonrakı fəaliyyətin əsas istiqaməti olmalıdır.
Müşavirədə avtomobil yollarının tikintisi ilə məşğul olan şirkətlərin nümayəndələri də iştirak ediblər və nəqliyyat naziri bəzi yol layihələrinin icra müddətinin gecikdirilməsi, həmçinin, yolların lazımi keyfiyyətdə çəkilməməsi ilə bağlı ciddi iradlarını bildirib, yarımçıq qalmış layihələrin bu ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar verib.
Müşavirədə, həmçinin, nazirliyin tabeliyində fəaliyyət göstərən digər qurumların da fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, dəmir yolunda, eləcə də taksi və avtobuslarla sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.
Sosial şəbəkələrdə paylaş: