Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Vergi borcunu ödəməyənlərin siyahısı açıqlandı


Vergi borcunu ödəməyənlərin siyahısı açıqlandı

11-09-2015, 23:42
Oxunma sayı: 527
Vergilər Nazirliyi 2015-ci il ərzində vergi borcunu ödəməkdən yayındırdıqları üçün barələrində cinayət işi açılan və istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilən vergi ödəyicilərinin siyahısını açıqlayıb. Siyahıda ümumilikdə 444 müəssisə yer alıb. Bu ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayınmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanılıb. Başlanmış cinayət işləri üzrə ilk 8 ay ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilib. Araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu da dövlət büdcəsinə ödənilib. Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət büdcəsinə olan vergi borcuna görə haqqında cinayət işi açılmış vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanmasında məqsəd onlar barəsində məlumatlandırmaqdır. Məlumat üçün bildiririk ki, belə vergi ödəyicilərinin tam siyahısı ilə Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “Borclu vergi ödəyiciləri” bölməsində tanış ola bilərsiniz. Qeyd edək ki, borclu vergi ödəyicilərinin bir qismi Bakının müxtəlif rayonları üzrə qeydə alınsa da, digərləri Gəncə, Mingəçevir, Lənkəran, Quba, Xaçmaz, Balakən və s. rayonlar üzrə olub.
Sosial şəbəkələrdə paylaş: