“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi. Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...



» » Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar


Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar

27-11-2017, 12:52
Oxunma sayı: 566
Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar




Hər kəsin bildiyi kimi və bizə öyrədilən şey dünyanın kürə şəklində olmağıdır. Ancaq bunlara qarşı çıxıb düz olduğunu iddia edən insanların da sayı az deyil. Bəs bu iddialar hansılardır? Oxuyaq!
Dünyanın əslində kürə, ya da ellips şəklində olmadığını, düz olduğunu iddia edən keçmişdən bəri bir çox insan mövcud idi. Bunların çoxu filosof, elm adamı kimi ağlı başında insanlar olublar. Günümüzdə də dünyanın düz olduğunu iddia edənlər və inanan bir insan cəmiyyəti var. 'The Flat Earth Society' adlı qrupun 200 ildir mövcud olduğunu deməliyik. Bu qrupun inancı dünyanın düz bir boşqab şəklində olduğu və dünyanın liderləri, iqtidarlar, ciddi güc sahibi təşkilatlar (NASA, FBI və s.) tərəfindən gizlədildiyidir.

Həmin fikirləri təqdim edirik:

Üfüqdə itmək məsələsi:

Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar


Məsələn, bir gəmi açıq suda üzərkən sizdən uzaqlaşdıqca yoxa çıxır kimi görünür. Əvvəlcə alt qismi, sonra göyərtəsi, yelkənə doğru üst qisimlərinin də yavaş-yavaş yoxa çıxdığını görürük. Bu da dünyanın kürə şəklində olduğunun sübutu kimi ortaya qoyulur. Ancaq yoxa çıxan gəmiyə bir teleskopla baxsaq, əslində görə bilərik. Gəminin əslində bizim gözümüzün o qədər uzağı görmədiyi üçün yoxa çıxdığı bir faktı da var. Əgər dünya kürə şəklində olsaydı üfüqü keçdiyi an yoxa çıxmalıydı.
Dünyanın əsl xəritəsi BMT-nin loqosunda

Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar

Burada olduğu kimi məsələn Misirdən ABŞ-a gedən bir təyyarə okeandan deyil, Avropanın üstündən keçir. Düz formada olan yer üçün bunun ən qısa yol olduğu deyilir.

Qütblər - Dünyanın sonu.

Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar

Fikirlərə görə əslində cənub və şimal qütbləri yoxdur. Okeanların bitdiyi yerdə sonsuz bir şəkildə buz kütlələri var.

Teoriya: Dünyanın üzərində fırlanan Günəşin dünyanın şimal qütbləri olaraq adlandırılan, yəni dünyanın mərkəzinə daha az istilik göndərməsi nəticəsində ortaya çıxmış buz təbəqələri. Digəri isə Cənub Qütbləri, yəni dünyanın sonu olaraq adlandırılan qismə qədər Günəş şüalarının çatması nəticəsində buzlaqların əriyərək okeanları yaratması və geriyə qalan qisimlərin sonsuz buzlaqlar olduğu fikridir.

Yəni şimal qütbü dünyanın mərkəzindədir, cənub qütbü isə onun ətrafında hər yerdə.
Antarktida Müqaviləsi

Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar

1959-cu ildə bağlanan bu müqaviləyə günümüzə qədər 50 dövlət imza atıb. Müqaviləyə görə hər hansı bir yerli xalqı olmayan Antarktida heç bir dövlətə aid deyil. Antartidaya sivil, ya da hərbi şəkildə icazəsiz girmək qadağandır. Müqavilə oranın elmi məqsədlər üçün nəzərdə tutulduğunu deyir, ancaq orada nələrinsə gizlədildiyi konspirasiyaları geniş şəkildə yayılıb.

Aydan çəkilən Yer Kürəsi

Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar

ABŞ-ın 1969-cu ildə Aya çıxdığını deyən bir çox insan var. Ancaq unun fotolar və aydan gətirildiyi iddia edilən bir neçə daşdan başqa bir dəlilinin olmadığı deyilir. Tamamilə studio şəraitində çəkilmiş və ABŞ-ın güc şousundan başqa bir şey olmadığı uzun müddətdir müzakirə mövzusudur.

Dünya Günəşin Ətrafında Yox, Günəş Dünyanın Ətrafında
Dünyanın Əslində Düz Olduğunu Ciddi Şəkildə Sübut Etməyə Çalışan Qəribə Faktlar

Günəşin və Ayın dünya ətrafında müəyyən bir traektoriyayla fırlanmağı gecə və gündüzü yaradır. Fəsillərin də Günəşin həmin hərəkət xəttindən qalxıb enməsi nəticəsində ortaya çıxdığı konspirasiyalar arasındadır.


Qeyd: Respublik.info olaraq bu iddiaların doğruluğunu təsdiqləmir, son qərarı hər kəsin öz şəxsi düşüncəsinə və biliyinə buraxırıq.
Sosial şəbəkələrdə paylaş: