Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Halsızlıq, sümük ağrılarının səbəbi


Halsızlıq, sümük ağrılarının səbəbi

8-11-2016, 06:23
Oxunma sayı: 173
Halsızlıq, sümük ağrılarının səbəbi
Gənclik dövründə D vitamininin çatışmazlığı ciddi hiss edilməsə də, yaşlandıqca yorğunluq, əzələ və sümük ağrıları ilə özünü göstərir.
Respublika.info xəbər verir ki, bu vitaminin çatışmazlığı xərçəng, ürək çatışmazlığı və təzyiqə yol aça bilər. Müasir dövrümüzdə bir çox insanın yorğunluq, stress, əzələ və sümük ağrılarının səbəbi təəssüf ki, tapılmır. Ancaq D vitamininin çatışmazlığı da bu problemlərin əmələ gəlməsinə səbəb ola bilər.

D vitamininin çatışmazlığı insanda 200-dən çox genə təsir edir. Narahatlıq, yaşlandıqca və D vitamininin çatışmazlığı artıqca əzələlərdə gücsüzlük, tez yorulma, gecələr halsızlıq, bədənin hər tərəfindən ağrılar özünü göstərməyə başlayır.

Qandakı D vitamininin səviyyəsi ilə 65 yaşdan yuxarı insanlarda ölüm hallarının arasındakı əlaqə araşdırılıb. Araşdırma nəticəsində D vitamininin çatışmazlığının yaş artıqca ürək xəstəliklərində ölüm riskini artırdığı məlum olub. Yeniyetməlik dövründə kifayət qədər D vitamini ilə təmin olunmayan gənclərdə yüksək təzyiq, şəkər xəstəliyinə tutulmaq riski 2 dəfə, ürək-damar xəstəliklərinə gətirib çıxaran metabolik sindromuna tutulma riski isə 4 dəfə çoxdur. Kürək ağrısı problemi ilə üz-üzə qalanların əksəriyyətində D vitamini çatışmazlığı müşahidə olunur.

D vitamininin əsas qaynaqlarından biri Günəşdir. Lakin Günəşdən başqa bəzi qidalardan da D vitamini əldə edə bilərik. Balıq yağı, süd və süd məhsulları, morina balığı yağı, qızıl balıq, ton balığı, kərə yağı kimi qidalarda D vitamini var.

Qeyd etmək lazımdır ki, saat 10:00-15:00 arası gün ərzində 10 dəqiqə Günəş qəbul eləmək çox faydalıdır.

D vitamini əskikliyi körpələrdə zehni və fiziki geriliyə, uşaqlarda boy qısalığına və zəhərlənməyə belə səbəb ola bilər.
Sosial şəbəkələrdə paylaş: