Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ
Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür



» » Ən yaşlı oyunçu Rusiyaya məğlubiyyətə görə Misir xalqından üzr istəyib


Ən yaşlı oyunçu Rusiyaya məğlubiyyətə görə Misir xalqından üzr istəyib

20-06-2018, 12:47
Oxunma sayı: 2377
Ən yaşlı oyunçu Rusiyaya məğlubiyyətə görə Misir xalqından üzr istəyib

Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında II turun açılış matçında Rusiyaya 1:3 hesablı məğlubiyyətlə əlaqədar üzr istəyib.

"Report"un məlumatına görə, 35 yaşlı qapıçı üzrxahlığını Misir xalqına çatdırıb. O bildirib ki, futbolda uğur həmişə öz tərəflərində olmur: "Rusiyaya məğlubiyyətə görə bütün misirlilərdən üzr istəyirəm. Nə oyunçu, nə də baş məşqçi uduzmaq istəyir. Növbəti mərhələ şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik. Bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur, hərdən uğur sənin tərəfində olmur".

45 yaşlı qolkiperin fikrincə, Misir yığması əvvəlki uğurlarını davam etdirməyə qadirdir və komandada kütləvi dəyişikliklər edilməməlidir: "Bu komanda çoxlu nailiyyətə imza atıb. Gələcəkdə də belə davam etməsi vacibdir".

Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubunda çıxış edən Əl-Hadari Misir yığmasının DÇ-2018-də keçirdiyi ilk 2 oyununda ehtiyatda qalıb. O, Səudiyyə Ərəbistanı ilə avqustun 25-də keçirəcəkləri son tur matçında meydana çıxsa, dünya çempionatları tarixində ən yaşlı oyunçu ünvanına yiyələnəcək. Hazırda bu rekord Kolumbiya yığmasının və Türkiyənin "Qalatasaray" klubunun keçmiş qapıçısı Fərid Mondraqona məxsusdur. Mondraqon 43 yaşında ikən - 2014-cü il dünya çempionatında meydana çıxıb.

Argentinalı baş məşqçi Ektor Kuperin rəhbərliyi altında Misir yığması 2017-ci il Afrika Millətlər Liqasında finala, həmçinin, 28 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, ilk turda Uruqvaya 0:1 hesabı ilə uduzan Misir yığması hazırda xalsızdır və 1/8 finala vəsiqə şanslarını faktiki itirib. Bu gün Səudiyyə Ərəbistanı yığması Uruqvaya qalib gələ bilməsə, Ektor Kuperin baş məşqçi olduğu komandanın qrupda qalması rəsmiləşəcək.
Sosial şəbəkələrdə paylaş: