“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”, - Anar Həsənov Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi - FOTO İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib
Tanınmış jurnalist təltif edildi Gənclər üçün dövlət qulluğu üzrə növbəti regional təlim Qazax rayonunda keçirildi Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi “Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq və tandemdə fəaliyyət arzu olaraq qalmamalıdır”
Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatıb Bakıda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçirilib



» » Kral xalqına 13 milyard dollar paylayacaq


Kral xalqına 13 milyard dollar paylayacaq

9-01-2018, 17:04
Oxunma sayı: 4996
 Kral xalqına 13 milyard dollar paylayacaq

Səudiyyə Ərəbistanı hökuməti 2018-ci il ərzində ölkə əhalisinə 50 milyard rial (13 milyard dollar) paylayacaq.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Bu qərarı Səudiyyə Ərəbistanı kralı qəbul edib. Ər-Riyad bunun sayəsində ölkədə artan yaşayış xərclərindən əhalini kompensasiya etməyi planlaşdırıb.

Kralın qərarına əsasən, dövlət işçilərinə aylıq 1000 rial (266 dollar) əlavə ödəniş ediləcək. Hökumətin verəcəyi kompensasiyadan təqaüdçülər və hərbçilər də faydalana biləcək.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında dövlət sektorunda 1,2 milyon nəfər şəxs çalışır.

Ər-Riyad bir müddət öncə benzinin qiymətini iki dəfə artırmışdı. Bundan başqa əlavə dəyər vergisində də 5% artım qeydə alınmışdı.

Rəşid Ağayev
Sosial şəbəkələrdə paylaş: