Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » PSJ-dən Ronaldoya inanılmaz təklif


PSJ-dən Ronaldoya inanılmaz təklif

6-01-2018, 10:10
Oxunma sayı: 4800
 PSJ-dən Ronaldoya inanılmaz təklif

Fransanın “Pari Sen-Jermen” klubu İspaniyanın “Real” komandasının portuqaliyalı hücumçusu Kristiano Ronaldo ilə müqavilə imzalamaq və ona beş il üçün 300 milyon avro ödəmək niyyətindədir.

32 yaşlı hücumçunun “Real” klubu ilə müqaviləsi iyunun 30-da bitməlidir. İspaniya KİV-lərinin məlumatına əsasən, futbolçu bu klubdakı məvacibindən narazıdır. PSJ-nin təklif etdiyi məbləğ isə argentinalı Leonel Messinin “Barselona” klubunda qazandığı vəsait ilə müqayisə olunur. Fransızların artıq Ronaldo ilə danışıqlara başladığı bildirilir.

PSJ maliyyə “fair-play” qaydalarını pozmamaq üçün bu müqavilədən öncə azı 70 milyon avro dəyərində oyunçu satmalıdır. “El Confidencial” elektron qəzetinin məlumatına görə, PSJ Havyer Pastore, Anhel Di Mariya, Yulian Draksler və ya Marko Veratti ilə vidalaşa bilər. Nəşr qeyd edir ki, Ronaldonun kluba keçməsi ilə bağlı sövdələşməyə parislilərin uruqvaylı forvardı Edinson Kavani də daxil edilə bilər. PSJ rəhbərliyinin fikrincə, portuqaliyalı sponsor müqavilələri üzrə gəlirlər baxımından uruqvaylıdan daha cəlbedicidir.

Qeyd edək ki, Kristiano Ronaldo 2009-cu ildən “Real” klubunun şərəfini qoruyur. O, Çempionlar Liqasının dördqat qalibi, Avropa çempionu, beşqat “Qızıl top” mükafatçısı, həmçinin İspaniya və İngiltərə çempionu, İspaniya və İngiltərə kuboku və superkubokunun, həmçinin UEFA superkubokunun sahibi, dünya klub çempionatının qalibidir.

Rəşid Ağayev
Sosial şəbəkələrdə paylaş: