İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » "Qarabağ" - "Roma" oyunu rekorda imza atdı


"Qarabağ" - "Roma" oyunu rekorda imza atdı

28-09-2017, 12:21
Oxunma sayı: 145
"Qarabağ" - "Roma" oyunu rekorda imza atdı

Futbol üzrə Çempionlar Liqasının II turunda ən çox tamaşaçı tərəfindən izlənilən matç "Qarabağ" və İtaliyanın "Roma" komandaları arasındakı oyun olub.

Respublik.info Report-a istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanı 67200 nəfər izləyib. Matç "Roma"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu oyun Almaniyanın Dortmund şəhərində "Borussiya" ilə İspaniya "Real Madrid"ini üz-üzə gətirən görüşü də arxada qoyub. "Signal İduna Park"da qonaqların 3:1 hesablı qələbə qazandığı oyuna 65849 nəfər baxıb.

Üçüncü yerdə İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klublarının "Metropolitano"da üz-üzə gəldiyi qarşılaşma qərarlaşıb. 60643 nəfərin izlədiyi Madriddəki görüş "Çelsi"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Ən azı tamaşaçı isə Fransa "Monako"su ilə Portuqaliya "Portu"su arasındakı görüşdə olub. Qonaqların 3:0 hesabı ilə qalib gəldiyi matçı 11703 nəfər izləyib.

Qeyd edək ki, turun 16 oyunundan yarısı qonaqların qələbəsi ilə yekunlaşıb. Bir görüşdə isə qalib müəyyənləşməyib.
Sosial şəbəkələrdə paylaş: