“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » "Qarabağ" hansi stadionlarda oynayacaq ?


"Qarabağ" hansi stadionlarda oynayacaq ?

25-08-2017, 15:37
Oxunma sayı: 277
"Qarabağ"  hansi stadionlarda oynayacaq ?Futbol üzrə Çempionlar Liqasında "Qarabağ"ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb.

Report-un məlumatına görə, Azərbaycan təmsilçisi rəqiblərini yenə Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Ağdam komandası sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko" və noyabrın 22-də İngiltərənin "Çelsi" klubları ilə ev oyunlarına bu arenada çıxacaq.

Əvəzində "Atletiko" rəqiblərini yeni stadionda sınağa çəkəcək. Bu, Bakı Olimpiya Stadionunun Çempionlar Liqasının 2018-2019 mövsümündə final matçını keçirməyə namizəd kimi rəqibi olan "Estadio Metropolitano"dur. Madriddəki 70 min nəfərlik arenada ilk dəfə sentyabrın 12-də "Atletiko" ilə "Çelsi" üz-üzə gələcək. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, 31 oktyabra təsadüf edəcək.

Lakin "Qarabağ" azarkeş amilini nəzərə alaraq ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyə qərar versə, gələn mövsüm Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan hər 2 arena eyni qrupun oyunları üçün debüt edəcək.

Digər komandaların ev stadionları isə dəyişməyib. "Qarabağ" sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı "Stemford Bric"də "Çelsi"nin, dekabrın 5-də İtaliya paytaxtındakı "Olimpiko" stadionunda "Roma"nın qonağı olacaq.

Qeyd edək ki, "Qarabağ"ın ev oyunları Qərbi Avropa vaxtı ilə saat 18:00-da, səfər matçları isə Qərbi Avropa vaxtı ilə saat 20:45-də başlanacaq. Avropada saatların əqrəbləri oktyabrın 29-da bir saat geri çəkiləcəyindən, Azərbaycan təmsilçisi "Roma" və "Atletiko"nu saat 20:00-da, "Çelsi"ni isə saat 21:00-da qəbul edəcək. Səfərdəki oyunlara gəldikdə, "Çelsi" ilə matç saat 22:45-də, "Atletiko" və "Roma" ilə görüşlər saat 23:45-də başlanacaq.
Sosial şəbəkələrdə paylaş: