Mədəni Nitq Layihəsi Uğurla davam. Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır Alimlər: "İstanbul su altında qala bilər" Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"
Uşaq zorakılığına yox deyək! Часть Баку оставят без воды Ucarda Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı il dönümü qeyd olunub. Bakıda güclü partlayış baş verdi – VİDEOLAR / FOTOLAR
Bakıda ərəbin başına lövhə düşdü - vəziyyəti ağırdır ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib Moskvada çoxmərtəbəli binada yanğın baş verib, ölənlər var Məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi tarix açıqlandı



» » “Qarabağ” Kopenhagendə də tək qalmayacaq — Türklərdən möhtəşəm jest


“Qarabağ” Kopenhagendə də tək qalmayacaq — Türklərdən möhtəşəm jest

8-08-2017, 17:06
Oxunma sayı: 235
“Qarabağ” Kopenhagendə də tək qalmayacaq — Türklərdən möhtəşəm jest"Qarabağ" futbol klubunun Danimarkanın Kopenhagen şəhərində 23 avqust 2017-ci il tarixində "Kopengahen" klubu ilə baş tutacaq oyununa soydaşlarımızın hazırlığı davam edir.

Bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib.

"Ölkə.Az" xəbər verir ki, Federasiya başqanı, yazar İlhan Esen "Qarabağ" klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib:

"Doğma klubumuza dəstək üçün federasiya olaraq Azərbaycan və Türkiyə bayraqları ilə meydandan olacağıq. Bununla bağlı üzvlərimiz məlumatlanıblar. Qarabağ özünü türk hiss edən hər bir insanın ürəyindəki yaradır. Ora sadəcə Azərbaycanın deyil, türk dünyasının gerçək yurdudur. O səbəbdən də, "Qarabağ" klubu bizim mənəvi və milli bir simvolumuzdur. Həm də Qarabağın azadlığı üçün meydanda "Qarabağ"a dəstək verəcəyik".

Federasiya başqanı heç bir zaman Qarabağın işğalı ilə barışmayacaqlarını da qeyd edib:

"Skandinaviyada Qarabağ həqiqətlərinin çatdırılmasına çalışırıq. Bu milli vəzifəmizdir. Qarabağ bizim üçün müqəddəs əmanətdir", -deyə İ.Esen əlavə edib.

Elnur Eltürk
Sosial şəbəkələrdə paylaş: