Sinestezi ilə reallığa fərqli bax 104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər
Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir"
FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü



» » Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaq


Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaq

27-07-2017, 08:38
Oxunma sayı: 292
Fatih Terim “Qalatasaray”ın baş məşqçisi olacaqTürkiyənin futbol üzrə milli komandasının baş məşqçisi postundan istefa verən Fatih Terimin yeni iş yeri müəyyənləşmək üzrədir.
“Report”un “Hürriyet” nəşrinə istinadən verdiyi məlumata görə, 64 yaşlı mütəxəssis yenidən “Qalatasaray”ın sükanı arxasına keçəcək.
İstanbul təmsilçisinin hazırkı baş məşqçi xorvatiyalı İqor Tüdorla 400 min avro təzminat qarşılığında yollarını ayıracağı bildirilir.
Türkiyə yığmasının başına keçəcək namizədlər arasında isə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə Rusiya təmsilçisi “Zenit”dən ayrılan rumıniyalı Mirça Luçeskunun adları daha çox hallanır.
Qeyd edək ki, Fatih Terim daha əvvəl 3 dəfə “Qalatasaray”ın baş məşqçisi olub. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə “sarı-qırmızılar”a rəhbərlik edib. Təcrübəli mütəxəssis "Qalatasaray"la 6 dəfə ölkə çempionu olmaqla yanaşı, 2000-ci ildə UEFA Kubokunu qazanıb.
Sosial şəbəkələrdə paylaş: