“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » FİFA prezidentliyinə 5 namizəd var


FİFA prezidentliyinə 5 namizəd var

12-11-2015, 18:22
Oxunma sayı: 362
FİFA prezidentliyinə 5 namizəd var

Seçkilər fevralın 26-da keçiriləcək.

Beynəlxalq Futbol Federasiyasının (FİFA) seçki komissiyası təşkilatın prezidentliyinə 5 nəfərin namizədliyini təsdiqləyib. Bu barədə federasiyanın rəsmi saytında məlumat yayılıb.

Respublika.İnfo xəbər verir ki, FİFA-nın rəhbəri postu uğrunda Avropa Futbol Assosiasiyasının (UEFA) baş katibi Canni İnfantino, FİFA-nın vitse-prezidenti, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Cənubi Afrika Respublikasının keçmiş tikinti naziri və Nelson Mandelanın silahdaşı Tokio Seksvale, FİFA-nın keçmiş baş katibinin keçmiş müavini, fransalı Jerom Şampan və Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti şeyx Salman bin Ubrahim əl-Həlifəd mübarizə aparacaqlar.

Liberiya Futbol Assosiasiyasının rəhbəri Musa Biliti namizədliyini irəli sürsə də, seçkilərə buraxılmayıb. FİFA-dan bunun səbəbi barədə şərh edilməyəcəyi bildirilib.

UEFA prezidenti Mişel Platini də seçkilərdə iştirakla bağlı ərizə ilə müraciət etmişdi. Ancaq FİFA-nın etika üzrə komitəsi oktyabrın əvvəlində onu korrupsiya işi üzrə araşdırma aparıldığına görə futbol fəaliyyətindən 90 gün müddətinə uzaqlaşdırıb.

Bu müddət daha 45 gün də uzadıla bilər. Platininin namizədliyi sanksiyalar ləğv edilməyənə qədər nəzərdən keçirilməyəcək.

FİFA-ya prezident seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.
Sosial şəbəkələrdə paylaş: