Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Qəzəya düşən Türkandan xəbər var – ÖZÜ DANIŞDI – VİDEO


Qəzəya düşən Türkandan xəbər var – ÖZÜ DANIŞDI – VİDEO

20-06-2018, 12:48
Oxunma sayı: 1262
Qəzəya düşən Türkandan xəbər var – ÖZÜ DANIŞDI – VİDEO

Uzun zamandır həkim nəzarətində və xəstəxana şəraitində yatan Türkan Vəlizadədən yeni xəbər var.

Bu barədə ARB TV-nin “Səhər-Səhər” verlişində videogörüntü yayımlanıb. Müğənni səhhəti haqqında özü məlumat verib:

“Hər kəsi salamlayıram. Artıq sağalmağa doğru gedirəm. Şükürlər olsun. Gələn bütün sənətçi dostlarıma təşəkkür edirəm, minnətdaram, əziyyət çəkmisiniz. Tezliklə, inşallah yeni mahnılar, yeni kliplər olacaq. Narahat olmayın hər şey yaxşıdır. Tezliklə ayağa qalxacam”.

Xatırladaq ki, daha öncə “Səhər-Səhər” komandası qəzaya düşən müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəninin son vəziyyətləri ilə bağlı xəstəxanaya üz tutmuşdular. Zeynəb Həsəni çəkliş zamanı sağlıq durumundan özü sevənlərini məlumatlandırmışdı. Lakin Türkanın sağlıq durumu buna imkan verməmişdi.

Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı müğənni Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşmüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.
Sosial şəbəkələrdə paylaş: