30 manata intim təklifi alan baş redaktorun cinayəti: Saytın 3 qadın əməkdaşı niyə saxlanılıb? » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » 30 manata intim təklifi alan baş redaktorun cinayəti: Saytın 3 qadın əməkdaşı niyə saxlanılıb?


30 manata intim təklifi alan baş redaktorun cinayəti: Saytın 3 qadın əməkdaşı niyə saxlanılıb?

20-06-2018, 12:46
Oxunma sayı: 69
30 manata intim təklifi alan baş redaktorun cinayəti: Saytın 3 qadın əməkdaşı niyə saxlanılıb?

Əxlaqsızlıq yuvası olduğu dedikləri obyektin sahibindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlərin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərov ifadə verib. O, bildirib ki, vətəndaş Şirin Abdullayevin şikayəti əsasında əməliyyat tədbiri keçirilib: "Şirin Abdullayev bir qrup jurnalistin ondan hədə-qorxu ilə pul tələb etdiyini bildirdi. Biz onların "Qəbələ" restoranında görüşəcəyini bildik. İki nəfər həmin restorana getdik. Bir masada əyləşib yemək yeyirdilər. Biz də kənarda əyləşib onları izlədik. Pulu verən zaman da onlara yaxınlaşıb özümüzü təqdim etdik. Hal şahidlərinin iştirakı ilə baxış keçirib, onları Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardıq. Vəkillər dəvət edildi".

Suallara cavab verən polis əməkdaşı Ş.Cəfərov əməliyyata rəhbərlik etdiyini söyləyib. Ş.Cəfərov bildirib ki, zərərçəkmiş təqsirləndirilən şəxslərin ondan bir neçə dəfə pul aldığını, sonuncu dəfə isə 3 min manat verdiyini söyləyib: "Ondan sonuncu dəfə 5 min istəyiblər. 3 min verib".

Suallara cavab verən Ş.Cəfərov səs yazılarında təqsirləndirilən şəxslərin pul bölgüsü etdiklərini də deyib: "Yeganə deyirdi ki, tədbir mənimdir, başqası niyə almalıdır? Yəqin ki, protokollarda da var".

Təqsirləndirilən şəxslər istintaq zamanı müdafiə hüquqlarının pozulduğunu, istədikləri vəkillərlə təmin edilmədiklərini, ailə üzvlərinə məlumat verilmədiyini deyiblər.

İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

Təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub. Rövşən Qasımov ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, 2016-cı ildə saytı təsis etdiyini deyib: "Bu saytı yaratmağı Natavan Mehdiyeva təklif etdi. Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz çəkilişlə gəldik, həmin məkanda çəkiliş apardıq. Şirin Abdullayevə məxsus olan obyektə müştəri kimi yaxınlaşdım. Orada 30 manat müqabilində mənə qadınla intim münasibətdə olmağı təklif etdilər. Biz bu faktları qeyd etdik və bu sübutları polisə təqdim etdik”.

Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: "Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi. Şirin Abdullayev gecə zəng elədi. Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, ayın sonunda həmin obyekti bağlayacaq. Bizim söhbətimiz yekunlaşdı”.

Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə pul tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

Məhkəmə prosesi davam edir.

İlkin Muradov,
Sosial şəbəkələrdə paylaş: