104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » Soyğunçuluğa cəhd edənlər “isti izlər”lə saxlanıldılar


Soyğunçuluğa cəhd edənlər “isti izlər”lə saxlanıldılar

19-06-2018, 16:18
Oxunma sayı: 169
Soyğunçuluğa cəhd edənlər “isti izlər”lə saxlanıldılar

Polis əməkdaşlarının çevikliyi sayəsində paytaxtın Nizami rayonu ərazisində soyğunçuluğa cəhd edən 2 nəfər “isti izlər”lə saxlanılıb.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, iyunun 18-də Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan iki qadın həmin gün saat 18 radələrində rayon ərazisindəki ayrı-ayrı ünvanlarda naməlum şəxsin zor tətbiq edərək onların içərisində parfümeriya, bijuteriya və sənədləri olan çantalarını almağa çalışdığını, lakin istəyinə nail olmadıqda qaçıb aradan çıxdığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğa cəhd etməkdə şübhəli bilinən 2 nəfər “isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Biləsuvar rayon sakini Eyvaz Babayev və Qəbələ rayon sakini Gəncim Allahverdiyev olduqları müəyyən edilib.

Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş: