“Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi.
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək.
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI



» » Xəstə qızını söyən şəxsi güllələyib öldürdü


Xəstə qızını söyən şəxsi güllələyib öldürdü

5-02-2018, 18:27
Oxunma sayı: 226
Xəstə qızını söyən şəxsi güllələyib öldürdü

Xaçmaz rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Respublik.info lent.az-a istinadən xəbər verir ki, rayonun Çarxı kənd sakini, 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu söyüşə görə güllələyib.

Bildirilir ki, Ehtiram Hidayətov ustadır və fərdi əməklə məşğuldur. O, bir müddət əvvəl Əfqan Cəfərovun evində usta kimi işləyib. Lakin Ə.Cəfərov ustanın pulunun bir hissəsini verməyərək ona borclu qalıb.

Bu günlərdə Ehtiram Hidayətov xəstəlikdən əziyyət çəkən qızını növbəti dəfə İrana müalicəyə aparmalı olub. Maddi sıxıntılar yaşayan şəxs ona borclu olan həmkəndlisinə üz tutub və pulunu tələb edib. Bu zaman həmkəndlilər arasında mübahisə yaranıb.

Polisə könüllü təslim olan Ehtiram Hidayətov deyib ki, Əfqan onun xəstə qızını və ailə üzvlərini söyüb təhqir etdiyi üçün əsəblərinə hakim ola bilməyib. Bu səbəbdən də evə gələrək tüfəngi götürüb və Əfqanın olduğu yerə qayıdıb, onu güllələyib.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə paylaş: