Sinestezi ilə reallığa fərqli bax 104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər
Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir"
FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü



» » Cəlilabadda nadir tapıntı: İnsan sümükləri, qablar...


Cəlilabadda nadir tapıntı: İnsan sümükləri, qablar...

9-01-2018, 17:52
Oxunma sayı: 338
Cəlilabadda nadir tapıntı: İnsan sümükləri, qablar...

Cəlilabad rayonunun Xanəgah kənd sakini İlham Paşayevin həyətyanı sahəsində orta əsrlərə aid yeni maddi mədəniyyət nümunələri aşkar olunub.

Güclü yağışlar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub apardığından ərazidə qismən görünən insan sümükləri ev sahibinin diqqətini cəlb edib. Həmin ərazidə qazıntı zamanı insan sümüklərinin qalıqları və məişət əşyaları üzə çıxıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, yeni maddi mədəniyyət nümunələri orta əsrlərə qədər qorunmuş Zərdüşt dini inancının nadir tapıntılarındandır. Məzarlıqda olanlar da məhz bu dinin qanunları çərçivəsində dəfn olunublar. Kəllə sümüklərinin forma və ölçülərindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları müəyyən edilib.

Məzarların yanında tapılan məişət əşyaları arasında boyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın inkişaf etməsini deməyə əsas verir.

Tarixçi Rza Rzayevin sözlərinə görə, yeni tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxara bilər.


Rəşid Ağayev
Sosial şəbəkələrdə paylaş: