Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı “ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib
“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir (EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib.
Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir



» » Moskvada azərbaycanlı sahibkar özünü yandırdı


Moskvada azərbaycanlı sahibkar özünü yandırdı

24-11-2017, 13:56
Oxunma sayı: 553
Moskvada azərbaycanlı sahibkar özünü yandırdı



Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı özünü yandırıb.

Respublik.info APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 22-də günorta saatlarında baş verib. Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan “haqq” tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb. Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına “haqq” verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.

Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.

Korolyovda yaşayan azərbaycanlılar APA-ya bildiriblər ki, hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı hələ heç bir tədbir görməyib. M. Vinoqradov hələ də azadlıqda gəzir. Azərbaycanlılar kapitanın Podlipka stansiyası ətrafında yerləşən piştaxta və mağaza sahiblərindən mütəmadi “haqq” tələb etdiyini təsdiqləyiblər. Bir qrup azərbaycanlı məlum hadisə və M. Vinoqradovun törətdiyi digər əməllərlə bağlı prokurorluğa şikayət ərizəsi yazıb.
Sosial şəbəkələrdə paylaş: