Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » "Yaxşı oğlanlara salam olsun" - Gənc toyda qan tökdü - VİDEO


"Yaxşı oğlanlara salam olsun" - Gənc toyda qan tökdü - VİDEO

8-09-2017, 17:05
Oxunma sayı: 202
"Yaxşı oğlanlara salam olsun" - Gənc toyda qan tökdü - VİDEO

Respublik.info ARB TV-yə istinadla xəbər verir ki, Alabaşlı kənd sakini Orxan Cəbrayılov həmyerlisi Ramiz Heydərovu üzərində gəzdirdiyi soyuq silahla bıçaqlayıb.

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs hadisədən sonra isti izlərlə saxlanaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, "Mosu" ləqəbli Şəmkir sakini Fərid adlı şəxslə ciyər axşamına təşrif buyuran Orxan Cəbrayılovla mübahisə edib. Lakin ətrafdakılar tərəfləri sakitləşdirərək gərginliyin böyüməsinə imkan verməyib. Bir gün sonra isə əsəblərini cilovlaya bilməyən gənc yenidən toy evinə gələrək Fəridlə mübahisə edib. Bu zaman toyun iştirakçılarından olan Ramiz Heydərov Orxan Cəbrayılovla mübahisəyə girişib. Nəticədə Ramiz bıçaqlanıb.

Orxan Cəbrayılov- saxlanılan şəxs: "Gəldim mən, dedim ay Fərid, bəri dur, sizinlə söhbətim var. O vaxt Ramiz də bununla gəldi. Ramiz gəldi, mənim boynumdan tutaraq məni vurdu. Hətta mənə söyüş də söydü. Söyəndən sonra mən də çıxarıb vurdum".

Saxlanılan Orxan Cəbrayılov əməlinə görə heç də peşman görünmür. O hətta azadlıqda olan dostlarına salam göndərməyi də unutmayıb.

Sosial şəbəkələrdə paylaş: