104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » 24 yaşlı qadın boşandığı üçün özünü qatarın altına atmayıb – TƏFƏRRÜAT


24 yaşlı qadın boşandığı üçün özünü qatarın altına atmayıb – TƏFƏRRÜAT

31-08-2017, 19:49
Oxunma sayı: 306
24 yaşlı qadın boşandığı üçün özünü qatarın altına atmayıb – TƏFƏRRÜAT

Şəmkir rayonunda qatarın qadını vurması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Respublik.info-un Report-a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü Pərvanə İsmayılovanın həyat yoldaşından boşandığı üçün özünü qatarın altına atdığı bildirilib. Ancaq 24 yaşlı qadın ərindən 2 il əvvəl boşanıb. Onun bu evlilikdən bir qızı və bir oğlu var.

Bu gün isə P.İsmayılova ata evində qardaşının ad günü mərasimi keçirilərkən süfrəyə qoyulması üçün bəzi meyvə şirələri alınmalı olub. Anası bunun üçün onu mağazaya göndərib. Onun dəmir yolu reysinin üzərindən keçmək istəyərkən ehtiyatsız davrandığı və hərəkətdə olan yük qatarı tərəfindən vurulduğu ehtimal edilir. Bu baxımdan P.İsmayılovanın iki il əvvəl boşandığı həyat yoldaşına görə özünü qatarın altına atması həqiqətə uyğun deyil.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı yaxınların və hadisə şahidlərinin ifadələri alınır və istintaq aparılır.

Qeyd edək ki, P.İsmayılova ağır bədən xəsarətləri alıb və hazırda Gəncə şəhərindəki xəstəxanalardə birində müalicə olunur.
Sosial şəbəkələrdə paylaş: