“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Bakıda zəncirvari qəza


Bakıda zəncirvari qəza

24-10-2015, 11:16
Oxunma sayı: 389
Bakının Yasamal rayonu ərazisində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Tbilisi prospektində dörd minik maşını toqquşub.

Hadisə Nəqliyyat Nazirliyinin qarşısında qeydə alınıb. Yolun "20 Yanvar" dairəsi istiqamətindəki hissəsində tıxac olub. "LADA" markalı avtomobilin sürücüsü Əliyev Nəsimi Mərdan oğlu qarşıdakı sıxlığı görüb və maşını dayandırıb. Bu vaxt arxadan gələn Bayramov Arzuman Cahan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil "LADA"nı vurub. Yüksək sürətlə hərəkətdə olan və Əhməd Vedili kimi tanınan şair-publisist Əhməd Əhmədovun idarə etdiyi "Mercedes" qarşıdakı "Mercedes"ə, Məmmədov Ülfət Qürbət oğlunun sükanı arxasında olduğu başqa "Mercedes" isə qəzaya uğrayan digər avtomobillərə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, zəncirvarı qəzaya avtomobillərin düzgün ara məsafəsi saxlamaması səbəb olub.

Qəzadan sonra Tbilisi prospektində uzun tıxac yaranıb.

Qəzaya uğramış avtomobillər hadisə yerindən evakuasiya edildikdən sonra yolda nəqliyyatın hərəkəti tədricən nizama düşüb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Bakıda zəncirvari qəza
Sosial şəbəkələrdə paylaş: