“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Bakıda adam öldürüb Gürcüstana qaçmaq istəyən şəxs 10 il cəza aldı


Bakıda adam öldürüb Gürcüstana qaçmaq istəyən şəxs 10 il cəza aldı

8-09-2015, 22:21
Oxunma sayı: 393
Bakıda adam öldürüb Gürcüstana qaçmaq istəyən şəxs 10 il cəza aldıƏdalət belə söhbətə onu niyə gətirdiyini dostuna irad tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Ədalət Əhmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il noyabrın 14-də Xətai rayonu, Gəncə prospekti, ev 54, mənzil 75-də yaşayan Kamil Bədəlov (1978-ci il təv.) Ədalət Əhmədov tərəfindən qətlə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət-axtarış idarəsi əməkdaşlarının əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxs ayın 15-də Gürcüstana qaçmağa cəhd edərkən Qazax rayonu ərazisində, sərnişin qismində getdiyi, həmyerlisi Vüsal İbrahimli tərəfindən idarə edilən “VAZ 2107” markalı avtomobildə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Kamil Bədəlovla Xalıq Qurbanovun arasında tanıdıqları qız üstündə mübahisə yaranıb. İnsidentə əvvəllər məhkum olunan Kamilin qızdan əl çəkməsi üçün Xalıqdan pul tələb etməsi səbəb olub.

Ayın 14-də Qurbanov “razborkaya” gələrkən özü ilə dostu Ədalət Əhmədovu da gətirib. Görüş zamanı Kamil mübahisənin əsl mahiyyətini gizlətməyə çalışsa da, Ədalət bunu bilib və belə söhbətə onu niyə gətirdiyini dostuna irad tutub. Buna görə Qurbanov hadisə yerini tərk edib, Bədəlov isə Əhmədovu bilmədiyi söz-söhbətə qarışdığına görə təhqir edib.

Başlanan dava zamanı əvvəl Kamil Ədalətə bədən xəsarətləri yetirib, bundan əsəbiləşən sonuncu bıçaqla Bədəlova zərbə endirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs özünü 3 saylı xəstəxanaya çatdıraraq həkimlərə özünü Ramin adı ilə təqdim edib, qarın boşluğunun deşilmiş-kəsilmiş yarası ilə cərrahi əməliyyata götürülən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

O, kəskin qanitirmədən dünyasını dəyişib. Daxil olan məlumatla əlaqədar xəstəxanaya gələn Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları araşdırma apararkən aydınlaşdırıblar ki, ölən şəxs Kamil Bədəlovdur.

Məhkəmə prosesində Ədalət Əhmədov özünü qismən təqsirli hesab edərək bildirib ki, Kamil Bədəlov onu vurmaq istəyərkən o, bıçağı əlindən alıb və həmin kəsici alətlə onu vurub:

“Hadisə dəniz kənarında olub. Kamil bıçağı cibindən çıxarıb açanda tez əlindən aldım və vurdum, sonra o qaçdı. Səhər tezdən mobil telefonuna zəng etdim, polis əməkdaşı götürüb dedi ki, Kamil rəhmətə gedib”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Sosial şəbəkələrdə paylaş: