Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Sel Göyçay və Şamaxıya ciddi ziyan vurub


Sel Göyçay və Şamaxıya ciddi ziyan vurub

13-06-2016, 10:48
Oxunma sayı: 232
Sel Göyçay və Şamaxıya ciddi ziyan vurub Göyçay rayonuna yağan güclü leysan yağış nəticəsində yaranan sel suları evlərə və əkin sahələrinə ciddi ziyan vurub.

RESPUBLİKA İNFO APA - istinadən xəbər verir ki, dağlardan gələn sel rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə, Qarayazı kəndlərində də fəsadlar törədib.

Sel suları həyətyanı sahələrə və təsərrüfatlara cidddi zərər vurub. , ev quşları, meyvə ağaclarını, xırda buynuzlu heyvanları və bir ədəd minik avtomobilini sel aparıb.

Sel səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsi bir saata yaxın bağlı qalıb.

Şamaxıda da güclü yağışdan sonra əmələ gələn sel suları rayonun bəzi ucqar dağ kəndlərində ciddi fəsadlar törədib, fərdi təsərrüfatlara, əkin sahələrinə, taxıl və otlaq sahələrinə xeyli ziyan dəyib, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub.

Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndlərini sel basıb. Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolda, çayın uzərində yerləşən körpüləri sel aparıb. Buna görə də kəndlərin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.

Hazırda Göyçay və Şamaxı rayon İcra Hakimiyyətlərinin nümayəndələri seldən zərər çəkən ərazilərə baxış keçirirlər.

Qeyd edək ki, dünən baş vermiş güclü sel İsmayıllı rayonuna da ciddi ziyan vurub.
Sosial şəbəkələrdə paylaş: