Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı Füzuli Məmmədov daha bir qazinin müalicəsini öz üzərinə götürdü ADTGT Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində Avropa ölkəsinin dövlət rəhbərliyi ilə görüşəcək Azay Quliyev Almaniyada keçirilən görüş və tədbirlərin əhəmiyyətindən yazdı
“Sağlam Qida” Könüllülərinin I Respublika Forumu keçiriləcək Elnur Eltürkə AMEA-da yeni vəzifə verilib "MÜBARİZ" İdman Klubunun Təqdimatı keçirilib. Fizuli Məmmədov ermənilərin təxribatı ilə bağlı xəbərdarlıq etdi
Trampın Qolan Yüksəklikləri çağırışı ərəbləri birləşdirə bilər... - Heydər Əliyevin şəxsi tərcüməçisindən II YAZI Fizuli Məmmədov: “Bizi birləşdirən Vətən hissidir” Azərbaycan Gürcüstan sərhəddində yerləşən «David Qareci» monastır kompleksinin yolu açıldı Füzuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqının prezidenti seçildi



» » Xaçmazda ev yanıb, mənzil sahibi hadisəni atasının törətdiyini iddia edib


Xaçmazda ev yanıb, mənzil sahibi hadisəni atasının törətdiyini iddia edib

21-09-2015, 08:01
Oxunma sayı: 326
 Xaçmazda ev yanıb, mənzil sahibi hadisəni atasının törətdiyini iddia edibAzərbaycanın Xaçmaz rayonunun Qusarçay kəndində yanğın hadisəsi baş verib.

RESPUBLİKA İNFO verdiyi məlumata görə, kənd sakini Xalid Yusifova məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanaraq yararsız hala düşüb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ev sahibi hadisənin qəsdən törədildiyini iddia edir. Onun sözlərinə görə, bir neçə gün əvvəl atası ilə aralarında mübahisə yaranıb. Bir gün sonra isə ev yandırılıb.

Hadisə yerinə Xaçmaz-rayon Polis Şöbəsinin əməkdaşları da baxış keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə paylaş: