Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Ərinə narkotik gətirəndə tutuldu


Ərinə narkotik gətirəndə tutuldu

11-09-2015, 23:08
Oxunma sayı: 424
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Bərdə şəhər sakini Zeynal Cəfərov və Bakı sakini Səadət Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Zeynal Cəfərov 16 aprel 2014-cü ildə vətəndaş nikahında olduğu Səadət Abbasova və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran vətəndaşı ilə cinayət əlaqəsinə girib. Zeynalın göstərişinə əsasən, Səadət Abbasova aprelin 17-də Astara Gömrük İdarəsindən keçməklə İrana gedib. O, aprelin 20-də Ərdəbil şəhərində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən külli miqdarda - 500,104 qram narkotik vasitə olan heroin əldə edib. Səadət Cəfərova malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə heroini 257,799 qram və 242,305 qram olmaqla iki bağlamada saxlayıb. Bağlamalardan birini əynindəki tumanın, digərini isə qoltuğunun altında yerləşdirib. O, narkotiki aprelin 21-də saat 17 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsindən gizli olaraq keçirib. “Bir neçə dəfə məhkum olunmuşam” Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Cəfərov 9 il, Səadət Abbasova 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Həmçinin təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti veriblər. Hər iki şikakayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında iş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmədə ifadə verən Zeynal Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uzun müddətdir narkotik maddələrdən istifadə edir, narkomaniya xəstəsidir: “Əvvəllər narkotik vasitədən istifadə etdiyimə görə bir neçə dəfə məhkum olunmuşam. Həbsxanada tanış olduğum İran vətəndaşı Yadulla adlı şəxs söhbət zamanı mənə İranın Parsabad şəhərində ailəsi və Vahid adında oğlu yaşadığını dedi. Sonuncu dəfə 2007-ci ildə narkotik vasitədən istifadə etdiyimə görə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdum, 2010-cu ilin əvvəllərində cəzamı çəkdikdən sonra azadlığa buraxıldım”. “İrana getmək istədim” Təqsirləndirilən şəxsin sözlərinə görə, azadlığa çıxdıqdan sonra Səadət Abbasova ilə tanış olub, sonra isə qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə kirayə ev tutaraq yaşayıblar: “2010-cu ilin avqust ayında İranın Parsabad şəhərinə getdim. Orada həbsxanada tanış olduğum Yadullanın oğlu Vahidlə görüşdüm. Ondan özümün istifadə etməyim üçün ”kokos" (narkotik vasitə heroin) istədim. Vahid də atasının təzə tutulduğunu, bir müddət keçdikdən sonra narkotik tapmaq üçün mənə xəbər edəcəyini bildirdi. Mən də razılaşdım. 2014-cü il yanvarın 15-də Vahidlə yenidən əlaqə saxladım. Ondan “kokos” almaq məqsədilə İrana getmək istədim. Lakin banka borcum olduğu üçün məni sərhəddən buraxmadılar. Aprel ayında arvadım Səadətin ayağında ağrıları olduğundan müalicə üçün qızım Sima ilə birlikdə İranın Ərdəbil şəhərinə getdilər. 2 gün qaldıqdan sonra evə qayıtdılar. Həmin vaxtdan bir az sonra evdə Səadət ayağını əməliyyat etdirmək üçün İrana gedəcəyini bildirdi. Ona dedim ki, İranda Vahid adlı tanışım var, ona zəng edərəm, səni həkimə aparmağı tapşıraram, qayıdanda da mənim üçün “kokos” gətirərsən. Səadət də mənimlə razılaşdı. Mobil telefonla Vahidə zəng etdim. Söhbət əsnasında Vahidə həyat yoldaşım Səadətin müalicə olunmaq üçün İrana gedəcəyini, ona köməklik edərək xəstəxanaya aparmasını, geri qayıdanda isə mənə bir az “kokos” göndərməsini xahiş etdim. Vahid də mənimlə razılaşdı". “2400 dollarlıq narkotik sifariş vermişəm” Zeynal Cəfərov qeyd edib ki, Səadət aprelin 17-də İrana gedən vaxt Vahidin nömrəsini ona verib: “Səadətə 2400 dollar verdim, sonra isə qızım Simanı da ona qoşub taksi ilə Astara rayonuna gətirdim, İrana yola saldım. Səadətgil İrana gedəndən sonra Vahidlə əlaqə saxladım. Söhbət zamanı Vahid sifariş etdiyim narkotiki Səadətə verdiyini və onların aprel ayının 22-də geri qayıdacaqlarını bildirdi. Aprelin 22-də evdə olan zaman bir neçə nəfər mülki geyimli şəxs yaşadığım evə gələrək özlərini Dövlət Gömrük Komitəsinin əməkdaşları kimi təqdim etdilər və məni gömrük idarəsinə apardılar. Gömrük idarəsində bildim ki, Səadət sərhədi keçəndə üstündə narkotik vasitə ilə tutulub. Orada dindiriləndə etiraf etdim ki, Səadətin İranda Vahiddən alaraq gətirdiyi narkotiki özüm sifariş etmişəm və həmin narkotik mənə məxsusdur. Çəkisini bilməmişəm, amma 2400 dollarlıq narkotik maddə sifariş vermişəm. Narkotiki özüm üçün sifariş vermişəm, satmaq məqsədim olmayıb. Əməlimdən peşmanam". Səadət Abbasova bildirib ki, əvvəllər narkotik maddələrdən istifadə etdiyinə görə bir dəfə məhkum olunub: “1995-ci ildə Zeynal Cəfərovla tanış olmuşam. Həmin vaxtdan ər-arvad münasibətində olmaqla birlikdə yaşamağa başladıq. Ərim Zeynal da narkotikdən istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunub. Zeynal 2010-cu ildə azadlığa buraxıldıqdan sonra da birlikdə yaşamağa davam etdik. Qızım Sima da bizimlə birlikdə qalırdı. Ayağımda ağrılar olduğundan qızımla müalicə üçün aprelin 4-də İranın Ərdəbil şəhərinə getdim. Ərdəbil xəstəxanasında həkimə müraciət etdim, ancaq pulum çatmadığı üçün əməliyyat oluna bilmədim. Həkim aprelin 16-dan sonra gəlməli olduğumu bildirdi. İki gündən sonra geri qayıtdım. Aprelin 16-da Zeynala dedim ki, ayağımı əməliyyat etdirmək üçün İrana gedəcəm. Zeynal da İranda Vahid adlı tanışı olduğunu və məni həkimə aparacağını dedi". “Narkotiki ayrı-ayrı bağlamalara bükdüm” Təqsirləndirilən şəxsin sözlərinə görə, İrana gedərkən üstündə Zeynalın verdiyi 2400 və özünün əməliyyat üçün götürdüyü 1600 dolları olub: “İran tərəfə keçdikdən sonra Vahidə zəng etdim. Vahid taksi sürücüsü olduğundan avtomobilinə minərək Ərdəbil şəhərinə gəldik. Həmin gecə qızımla mehmanxanada qaldıq. Aprelin 18-də Vahidlə görüşərkən ayağımı əməliyyat etdirəcəyimi dedim. Vahid nə qədər pulum olduğunu soruşdu. Üstümdə 4000 dolları olduğunu bildirdim. Vahid təklif etdi ki, 4000 dollarlıq “kokos” verə bilər, bu narkotik vasitəni aparıb satandan sonra yenidən gələrək ayağımı əməliyyat etdirə bilərəm. Təkliflə razılaşdım. Aprelin 19-da Vahidə 4000 dolları verdim, səhəri gün bağlamada narkotiki gətirdi. Telefon nömrəmi Vahidə dedim, o da sərhədi keçəndən sonra əlaqə saxlamağım üçün mənə bir nömrə verdi. Otelə qayıtdım, qızım Sima otaqda deyildi. Vahiddən aldığım bağlamanı açaraq iki yerə böldüm. Narkotiki ayrı-ayrı bağlamalara bükdüm". “Bağlamanın birini rəfə atdım” Səadət Abbasova bildirib ki, səhər həmin bağlamaların birini alt paltarında, digərini isə sol qoltuğunun altında gizlədib: “Bundan sonra qızımla Astara gömrüyünə gəldik. Astara gömrüyündə pasport qeydiyyatından keçdikdən sonra əl yükləri ilə yoxlama yerində olan gömrük əməkdaşlarına yaxınlaşdım. Gömrük bəyannaməsini doldurandan sonra gömrük əməkdaşına təqdim etdim və bildirdim ki, üstümdə və əl yüklərimdə qadağan olunmuş heç bir şey yoxdur. Sonra məni və qızımı şəxsi yoxlama aparmaq üçün otağa apardılar. Yoxlama otağında olan pərdənin arxasında olarkən gömrük əməkdaşının üzü o tərəfə dayanmasından istifadə edərək qoltuğumun altında gizlətdiyim bağlamanı çıxardım, yoxlama xəttində olan rəfin üstündəki sellofan torbaların arxasına qoydum. Sonra orada üstümə baxış keçirildi, tumanımın altında gizlətdiyim bağlama aşkar edildi. Gömrük əməkdaşı şifahi sorğu-sual edərək üzərimdə yenə də narkotik maddənin olub-olmamasını soruşdu. Gömrük əməkdaşlarına rəfdə gizlətdiyim bağlamanın yerini bildirdim". Hakim kollegiyası sonda Baş Prokurorluğun apelyasiya protestinin təmin edilməsi barədə qərar elan edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü Zeynal Cəfərova aid hissədə dəyişdirilib və onun cəzası 10 ilə qədər artırılıb. Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Teleqraf.com
Sosial şəbəkələrdə paylaş: