Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Bakı sakini oğurluq faktına görə tutulub


Bakı sakini oğurluq faktına görə tutulub

28-01-2016, 21:55
Oxunma sayı: 173
Bakı sakini oğurluq faktına görə tutulubRESPUBLİKA İNFO xəbər verir ki, Lənkəranda oğurluq hadisəsi baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, şəhərin M.F.Axundov küçəsi, dalan 1, ev 1-də yaşayan Bahadır Balaxan oğlu Heydərov ötən gün ona məxsus fərdi yaşayış evinin qarət edilməsi ilə bağlı şöbəyə müraciət edib.
Dərhal əməliyyat-axtarış qrupu yaradılıb, hadisə yerinə baxış keçirilərək istintaq üçün zəruri izlər qeydə alınıb. Məlum olub ki, mənzildən 1 ədəd 750 manat qiymətində HP markalı kompüter, 1 ədəd 150 manat qiymətində "Samsunq-Not-2" markalı planşet, 1 ədəd "Nokia-130" markalı mobil telefon, 2000 manat dəyərində brilyant qaşlı dəst sırğa-üzük, 1500 manat qiymətində brilyant qaşlı boyunbağı, 1200 manat qiymətində digər qızıl məmulatları oğurlanıb. Ümumilikdə ev sahibinə 5600 manat dəyərində maddi ziyan dəyib.

Polisin həyata keçirdiyi operativ tədbirlər nəticəsində oğurluq faktını törətmiş Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Bəhruz Feyruz oğlu Əliyev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş: