Neft ucuzlaşır Atəşkəs rejimi 125 dəfə pozulub Qızıl ucuzlaşır, gümüş bahalaşır Poroşenko: “ABŞ Ukraynaya 500 milyon dollar dəyərində hərbi yardım ayırıb”
Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı... Paşazadənin “vurulması“nın şok səbəbləri Qardaşı qızı ilə sevişərkən tutulan aparıcı ilə bağlı məhkəmə qərar qəbul etdi - FOTOLAR Azərbaycanda orta məktəbdə faciə...
"Qız atası"nın Vidadisi oğlunu evləndirdi - FOTOLAR Azərbaycan musiqisinin korifeyinə təzim “TurAz Qartalı - 2017” təlimləri başlayıb "Enerji içkiləri insanları məhvə aparırır" - Dietoloq Leyla Zülfüqarova



» » İlham Əliyev Şəki ilə bağlı sərəncam imzaladı


İlham Əliyev Şəki ilə bağlı sərəncam imzaladı

21-01-2016, 17:31
Oxunma sayı: 518
İlham Əliyev Şəki ilə bağlı sərəncam imzaladı

Nazirlər Kabinetinə tapşırıq verildi.

Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam imzalayıb.

Respublika.info-nun dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, habelə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Mədəniyyət və Turizm Nazirliyi həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlər Kabinetinə isə Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində və “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay müddətində təsdiq etmək, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun verilməsini və “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maliyyələşməsinin dövlət büdcəsinin yerli xərclərindən dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üzrə mərkəzləşdirilmiş xərclərə keçməsini təmin etmək, habelə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək həvalə olunub.
Sosial şəbəkələrdə paylaş: