Mədəni Nitq Layihəsi Uğurla davam. Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır Alimlər: "İstanbul su altında qala bilər" Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"
Uşaq zorakılığına yox deyək! Часть Баку оставят без воды Ucarda Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı il dönümü qeyd olunub. Bakıda güclü partlayış baş verdi – VİDEOLAR / FOTOLAR
Bakıda ərəbin başına lövhə düşdü - vəziyyəti ağırdır ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib Moskvada çoxmərtəbəli binada yanğın baş verib, ölənlər var Məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi tarix açıqlandı



» » Ətraf mühitə ziyan vuranlar 29 min manat cərimələndi


Ətraf mühitə ziyan vuranlar 29 min manat cərimələndi

19-01-2016, 19:45
Oxunma sayı: 281
Ətraf mühitə ziyan vuranlar 29 min manat cərimələndi

ETSN məlumat yaydı.

5-15 yanvar tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Respublika.info Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 70 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 5 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 27 iş üzrə 29 min manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 31 iş üzrə 2491.6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 189 iş üzrə 16 980.65 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına isə 25 iş göndərilib.
Sosial şəbəkələrdə paylaş: