Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO
Gəncədə nə baş verdi? “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Malaziya Səfirliyində davam etdi. Ucarda qrant yeyənlər peyda olub Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İran Səfirliyində davam etdi. GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB



» » İlham Əliyev pensiyaları artırdı


İlham Əliyev pensiyaları artırdı

16-01-2016, 14:19
Oxunma sayı: 668
İlham Əliyev pensiyaları artırdı

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb.

Respublika.info xəbər verir ki, sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
Sosial şəbəkələrdə paylaş: