İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır


İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır

16-01-2016, 09:39
Oxunma sayı: 590
İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır

15 qrup yaradılıb.

Gəncədə süni qiymət artımına qarşı monitorinqlərə başlanılıb. Bu məqsədlə görülən tədbirlərdə şəhər sakinləri də iştirak edib.

Respublika.info xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, belə bir zamanda şəhər sakinləri ilə görüşən Gəncə şəhər icra başçısı Elmar Vəliyev onların problemlərini dinləyib.

Bildirilir ki, qiymət artımının qarşısını almaq məqsədi ilə şəhərdə 15 qrup yaradılıb. 2 mindən artıq şəhər sakininin iştirak etdiyi toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, özünün rəhbərliyi ilə yaradılan hər bir qrup 10 nəfərdən ibarətdir.

Qrupun rəhbərləri Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinləri, üzvlər isə güc və icra strukturlarının əməkdaşlarıdır.

“Şəhərdə olan ticarət obyektlərində monitorinqlər aparılıb və qiymətlər nəzarətdə saxlanılır. Həmçinin ərzaq məhsullarının satış qiymətləri də məlumdur. Sahibkarların maraqları nəzərə alınmaqla qiymətlərə nəzarət olunacaq.” – deyə İcra hakmiyyəti başçısı bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev toplantıda vətəndaşları dinləyib, onların problemləri ilə maraqlanıb və həlli istiqamətində tapşırıqlar verib.
Sosial şəbəkələrdə paylaş: