"Nazimi Rafael ulduz edib" - Brilliant Cəbhədə hər iki ayağını itirən Sərxanın toyudur - FOTO Ermənilərin gəlini erotik sessiyaya çəkildi - FOTO Leylanın 20 yaşı olduğunu kimə desən, inanmaz - VİDEO
Bürclərə inanmaq lazımdır? Dünyanın ən qəribə 7 “dəlixana”sı - İşgəncələr, ölüm... - FOTO Köləlikdən məktəbə: 25 yaşında 1-ci sinfə getdi - FOTO Rusiya dünyaya "kompromat" ixrac edir
Qışda bu çayları için - RESEPTLƏR Məşhur avtoritetin qardaşları Masallıda necə qətlə yetirildilər? - FOTO Məşhur xanım küçədə yarıçılpaq gəzdi - FOTO Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib



» » Mübadilə məntəqələrində vəziyyət nə zaman normallaşacaq?


Mübadilə məntəqələrində vəziyyət nə zaman normallaşacaq?

10-01-2016, 16:59
Oxunma sayı: 381
Mübadilə məntəqələrində vəziyyət nə zaman normallaşacaq?

“Əhali əsasən valyuta alır, onu satmır”.

Bankların müəyyənləşdirdiyi alış/satış məzənnəsi ilə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi arasında fərq manatın üzən məzənnə rejiminə keçməsindən sonra avtomatik olaraq ləğv edilib.

Respublika.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Banklar Asssosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, üzən məzənnə rejimi o deməkdir ki, bankların özündə və valyutadəyişmə məntəqələrində mübadilə məzənnəsinin formalaşmasında heç bir məhdudiyyət yoxdur:

“Banklar hər bir mübadilə məntəqəsi üçün onun yerləşdiyi ərazidə tələb və təklifin əsasında fərdi olaraq mübadilə məzənnəsi formalaşdırır”.

Z.Nuriyev qeyd edib ki, mübadilə məntəqələrində valyutaların yüksək satış məzənnəsi ilk növbədə xarici valyutaya tələbin artması ilə bağlıdır:

“Hazırda mübadilə məntəqələrinin əməliyyatlarının 90 faizindən çoxu valyuta satışının payına düşür. Əhali əsasən valyuta alır, onu satmır. Lakin əhali arasında ajiotajın azalmasından sonra mübadilə məntəqələrində vəziyyət normallaşacaq”.
Sosial şəbəkələrdə paylaş: