Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » İlham Əliyev: Şadam ki, müəllif mənim qızım Leyladır


İlham Əliyev: Şadam ki, müəllif mənim qızım Leyladır

31-12-2015, 10:39
Oxunma sayı: 730
İlham Əliyev: Şadam ki, müəllif mənim qızım Leyladır

“Zirə qəsəbəsində və digər qəsəbələrdə inkişaf Mehribanın adı ilə bağlıdır”.

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.

Respublika.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Sonra İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşüblər. Prezident onlarla söhbət edib:

“Mehriban artıq 10 ildir ki, sizin deputatınızdır. Zirə qəsəbəsində və digər qəsəbələrdə inkişaf Mehribanın adı ilə bağlıdır. Bu layihə də Heydər Əliyev Fondu tərəfindən icra edilibdir. Şadam ki, bu layihənin ekoloji komponentinin müəllifi mənim qızım Leyladır”.

Prezident bildirib ki, Leyla Əliyeva ölkənin ümumi inkişafına töhfə verməyə çalışır:

“Xüsusilə ətraf mühitin, nadir heyvanların qorunması istiqamətində çox böyük işlər görür. Azərbaycanda ekoloji vəziyyətlə bağlı görülən işlər artıq beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu yaxınlarda Parisdə iqlim dəyişikliyi ilə bağlı dünya əhəmiyyətli beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın təqdim etdiyi nailiyyətlər orada xüsusilə qeyd edilmişdir. Çünki ətraf mühitin qorunması işində biz doğrudan da böyük uğurlara nail ola bilmişik. Xüsusilə Bakıda, Abşeronda, əfsuslar olsun ki, on illiklər ərzində neft hasilatı nəticəsində böyük ərazilər çirklənmişdir. İndi o ərazilərin təmizlənməsi işi gedir və o cümlədən dediyim kimi Böyükşor gölünün, Bibiheybət buxtasının təmizlənməsi artıq reallıqdır”.
Sosial şəbəkələrdə paylaş: