Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər. "Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı Dünya Türklərinin Həmrəylik Günü qeyd olundu “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir



» » Maliyyə Nazirliyindən pensiya və müavinətlərlə bağlı – MÜHÜM AÇIQLAMA


Maliyyə Nazirliyindən pensiya və müavinətlərlə bağlı – MÜHÜM AÇIQLAMA

22-12-2015, 17:46
Oxunma sayı: 893
Maliyyə Nazirliyindən pensiya və müavinətlərlə bağlı – MÜHÜM AÇIQLAMA

“Dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsinə baxılır”.

Manatın məzənnəsinin enməsi ilə bağlı olaraq, 2015-ci ilin dövlət büdcəsinin icrasında hər hansı problem gözlənilmir.

Respublika.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.

M.Piriyev deyib ki, 2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə büdcə xərclərinin (xarici valyutada ifadə edilmiş) hesablanması zamanı isə manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır.

Bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması etimal olunur.

Eyni zamanda bildiririk ki, manatın məzənnəsinin enməsinin ölkənin istehlak bazarlarındakı qiymətlərə mənfi fəsadları olacağı təqdirdə, gündəlik tələbat mallarının inflyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas qruplarına (o cümlədən, aztəminatlı ailələrə, təqaüdçülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qruplarına) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcəkdir.
Sosial şəbəkələrdə paylaş: