104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » Müsahibə.az saytının təqdimat mərasimi keçirildi-FOTO


Müsahibə.az saytının təqdimat mərasimi keçirildi-FOTO

21-12-2015, 17:35
Oxunma sayı: 1275
Müsahibə.az saytının təqdimat mərasimi keçirildi-FOTO

Dekabr ayının 20-də Musahibe.az saytının təqdimatı keçirildi. Öz qapılarını hər kəsə açan saytın tanıtımında Bakı Slavyan Universitetii, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Durdanə Tahirova və həmin universitetin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, ümumi psixologiya üzrə mütəxəssis Aybəniz Xəlilova iştirak edib.

Respublika.info xəbər verir ki, yeni fəaliyyətə başlayan saytın əsas qayəsi və onun strukturu haqqında məlumat verən saytın baş redaktoru Samir Şirvanzadə sözlərinə bunu da əlavə edib: “Bizim əsas hədəfimiz digər mətbu orqanları informasiya, müsahibə mənbəyi ilə təmin etmək və jurnalistika sahəsinə marağı olan hər kəsi media dərsləri ilə maarifləndirməkdir...”. S.Şirvanzadə saytda yer alan müsahibə, media dərsi, xəbərlər, sorğu, qələm, qalereya kimi rublikaların mahiyyəti və hər birinin spesifikliyi haqqında da məlumat verib. Daha sonra qonaqların çıxışı ilə davam edən təqdimatda onların tövsiyyələri və rublikalar haqqında ümumi fikirləri dinlənilib. Eyni zamanda media dərsləri və sorğu bölməsinin zəruriliyini vurğulayan qonaqlar, müsahibə janrının çətin və məsuliyyət tələb edən, lakin oxucu tərəfindən xüsusi maraqla qarşılanan janr olduğunu da nəzərə çatdırıblar.
Qonaqların çıxışından sonra redaktorlar - Nəcəf Kazımov və Elşən Yəhyayev saytın fəaliyyət məramı haqqında danışaraq, komandanın gələcək hədəflərindən söhbət açıblar. Bundan sonra saytın müxbirləri çıxış edərək ilkin addımlarında onlara dəstək olan qonaqlara öz təşəkkürlərini bildiriblər.
Təqdimatın sonunda Musahibe. az kollektivi öz qonaqları ilə birgə tort kəsərək müəyyən mövzularda diskussiya aparıblar.
Günün yekununda isə növbəti həftənin iş qrafikinin təşkili üçün iclas keçirilib.



21.12.2015 Adres: Səməd Vurğun küçəsi, bina – 90 A.
Telefon: (012) 597-42-39,055-946-30-18,050-419-09-84



Müsahibə.az saytının təqdimat mərasimi keçirildi-FOTO
Müsahibə.az saytının təqdimat mərasimi keçirildi-FOTO
Müsahibə.az saytının təqdimat mərasimi keçirildi-FOTO
Sosial şəbəkələrdə paylaş: