“Bayram süfrəsi sağlamlığınıza təhlükə olmasın!” Məhsəti Hüseynova, Sağlam qidalanma üzrə mütəxəssis Cəsur döyüşçü - Murad Quluzadə “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.” ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi.
“Əsirlikdən qəhrəmanlığa gedən yol” QHT "Qan Donorluğunun Əhəmiyyəti" mövzusunda veriliş hazırlayıb "Qan Donorluğuna və İslam dinində baxış" mövzusunda veriliş hazırlanıb "Region Gənclərinin Qan Donorluğuna münasibəti" mövzusunda veriliş hazırlanıb.
Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği layihəsi çərçivəsində Vebinar keçirilib “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi yekunlaşdı Tariximizin qəhrəmanlıq səhifəsi



» » “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”


“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”

23-12-2020, 22:00
Oxunma sayı: 199
“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsinin qalibi olmuş Göyçay şəhər 5 saylı tam orta məktəbin “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər” adlı layihəsi uğurla davam etdirilir. Layihədə nəzərdə tutulmuş əsas vəzifələrdən biri olan sağlamlıq imkanları məhdud uçaqların təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların təkmilləşdirilməsi və ya əlavə təhsilə cəlb olunmasını təmin etməkdir. Bununla da təlim kurslarında müəllimlər əldə etdikləri biliklər və məlumatlar sayəsində tədris prosesində daha yüksək nəticələr əldə edə biləcək və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə aktiv inteqrasiyasını təmin etmiş olacaqlar. 27 sentyabr 2020- ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq layihənin müddətinin 15 mart 2021-ci il tarixə qədər uzadılması nəzərdə tutulmuşdur. Goyçay rayonu üzrə təlimlər 18 dekabr 2020-ci il tarixdə yekunlaşmışdır. Ucar rayonu üzrə təlimlər təlimçinin koronovirusa yoluxması səbəbi ilə təxirə salınmışdır. Təlimlərin növbəti ilin yanvar ayında davam etdirilməsi planlaşdırılır. Hər rayonda 30 nəfər sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən müəllimin 3 qrup olmaqla təlimlərə cəlb edilməsi nəzərdə tutulsa da, iştirak etmək istəyən müəllimlərin sayında artım olduğunu görmək olar. Bu da layihənin hədəf kütləsinin artmasına səbəb olmuşdur. Günün tələbi olaraq müəllimlər İKT biliklərinə daha çox həvəs göstərirlər. Odur ki, 20 saatlıq təlim proqramının 14 saatını İKT bilikləri əhatə edir. 6 saat isə SİM uşaqlara psixoloji yanaşma metodikası tədris olunur. Müəllimlər belə təlimlərin davamlı olaraq keçirilməsini arzu edirlər.

“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Sosial şəbəkələrdə paylaş: