“Bayram süfrəsi sağlamlığınıza təhlükə olmasın!” Məhsəti Hüseynova, Sağlam qidalanma üzrə mütəxəssis Cəsur döyüşçü - Murad Quluzadə “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.” ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi.
“Əsirlikdən qəhrəmanlığa gedən yol” QHT "Qan Donorluğunun Əhəmiyyəti" mövzusunda veriliş hazırlayıb "Qan Donorluğuna və İslam dinində baxış" mövzusunda veriliş hazırlanıb "Region Gənclərinin Qan Donorluğuna münasibəti" mövzusunda veriliş hazırlanıb.
Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği layihəsi çərçivəsində Vebinar keçirilib “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi yekunlaşdı Tariximizin qəhrəmanlıq səhifəsi



» » ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi.


ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi.

17-12-2020, 17:38
Oxunma sayı: 172
ATVİB  Şuranın dəstəyi ilə  Şəhid, qazi və aztəminatlı  ailələrə ərzaq yardımı göstərdi.
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən“ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Pandemiyadan zərərçəkmiş ailələrə ərzaq yardımının göstərilməsi” adlı lahiyənin qalibi olmuşdur. ATVİB İdarə Heyətinin Sədri İsmayıl Rəhimovun verdiyi məlumata görə ilkin lahiyədə Azərbaycanda Axısxa türklərinin folklor gününün keçirilməsi nəzərdə tutulsa da, Pandemiya ilə əlaqədar yığıncaqlar qadağan olunduğundan lahiyə respublika üzrə 100 aztəminatlı ailəyə ərzaq yardımının göstərilməsinə dəyişdirilmişdir. Qeyd edək ki, lahiyənin icra müddəti Azərbaycanın Vətən Müharibəsi dövrünə təsadüf etdiyindən, aztəminatlı ailələrlə yanaşı şəhid, qazi ailələr üçün də ərzaq yardımları müəyyənləşdirilmişdi. Məlumat üçün qeyd edək ki, Azərbaycanda 80 mindən çox Axısxa türkü yaşamaqdadır. Onlar demək olar ki, respublikamızın hər bölgəsində yaşayırlar. Daha kompakt yaşadığı yerlər Saatlı, Sabirabad, Quba, Xaçmaz, Şabran, Şəmkir, Qoranboy, Şamaxının Mədrəsə qəsəbəsi və digər bölgələrimizdə yaşamaqdadırlar. İsmayıl müəllimin sözlərinə görə ATVİB – nin bölgə ofisləri və bölgə rəhbərləri fəliyyət göstərir. Birliyin bölgə rəhbərləri Muhiddin Xəlilov, Səlimcan Rizmanov, Əhməd Cabbarov icmanın bölgələrdəki gündəlik məsələləri ilə məşğul olurlar. Bu lahiyə çərçivəsində də onlar şəhid, qazi və aztəminatlı ailələri müəyyənləşdirərək yardımları Birliyin sədri İsmayıl Rəhimovla bərabər ünvanlara çatdırmışlar. Ərzaq yardımları Bakı şəhərinə, Yevlax, Göygöl, Şəmkir, Qoranboy, Gəncə, Tovuz, Quba, Şabran, Xaçmaz, Saatlı, Sabirabad, Beyləqan, Zaqatala rayonuna və adı keçən rayon və şəhərlərin kəndlərinə çatdırılmışdır.

ATVİB  Şuranın dəstəyi ilə  Şəhid, qazi və aztəminatlı  ailələrə ərzaq yardımı göstərdi.ATVİB  Şuranın dəstəyi ilə  Şəhid, qazi və aztəminatlı  ailələrə ərzaq yardımı göstərdi.ATVİB  Şuranın dəstəyi ilə  Şəhid, qazi və aztəminatlı  ailələrə ərzaq yardımı göstərdi.ATVİB  Şuranın dəstəyi ilə  Şəhid, qazi və aztəminatlı  ailələrə ərzaq yardımı göstərdi.ATVİB  Şuranın dəstəyi ilə  Şəhid, qazi və aztəminatlı  ailələrə ərzaq yardımı göstərdi.
Sosial şəbəkələrdə paylaş: