“Bayram süfrəsi sağlamlığınıza təhlükə olmasın!” Məhsəti Hüseynova, Sağlam qidalanma üzrə mütəxəssis Cəsur döyüşçü - Murad Quluzadə “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.” ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi.
“Əsirlikdən qəhrəmanlığa gedən yol” QHT "Qan Donorluğunun Əhəmiyyəti" mövzusunda veriliş hazırlayıb "Qan Donorluğuna və İslam dinində baxış" mövzusunda veriliş hazırlanıb "Region Gənclərinin Qan Donorluğuna münasibəti" mövzusunda veriliş hazırlanıb.
Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği layihəsi çərçivəsində Vebinar keçirilib “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi yekunlaşdı Tariximizin qəhrəmanlıq səhifəsi



» » “Əsirlikdən qəhrəmanlığa gedən yol”


“Əsirlikdən qəhrəmanlığa gedən yol”

10-12-2020, 01:25
Oxunma sayı: 298
“Əsirlikdən qəhrəmanlığa gedən yol”
Bəşəriyyət XX əsrdə iki dəhşətli müharibənin şahidi və iştirakçısı oldu. Çar Rusiyasının yeritdiyi milli müstəmləkəçilik siyasətinə görə müsəlmanlar ordua çağrılmasa da 1914-1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsi dövründə 200 nəfərdən çox azərbaycanlı zabit müharibənin müxtəlif cəbhələrində iştirak etmiş və xüsusi qəhrəmanlıqlar göstərmişdilər. 1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsinin tərkib hissəsi olan SSRİ xalqalarının “Böyük Vətən müharibəsi”ndə (1941-1945) azərbaycanlı döyüşçülər müharibənin ilk günündən SSRİ-nin digər xalqları ilə birlikdə çiyin-çiyinə alman faşizminə qarşı mübarizəyə qatıldı.Bu müharibədə 700 mindən çox azərbyacanlı iştirak etmiş,xüsusi qəhrəmanlıqlar göstərmiş,müxtəlif orden və medallara layiq görülmüşdülər.Böyük Vərtən müharibəsində ön və arxa cəbhədə olduğu kimi partizan antifaşist müqavimət hərəkatında öz şücaət və qəhrəmanlıqları ilə adını tarixə qızıl hərflərlə yazmış azərbaycanlılar döyüşmüşlər.Onlardan biri də əfsanəvi partizan, “Armed Mişel”, “Xarqo”, “Qoçaq” və “Rus Əhməd” kimi tanınan Əhmədiyyə Cəbrayılovdur.
Əhmədiyyə Cəbrayılov 1920- ci ildə Şəkinin Oxod kəndində anadan olub.Orta təhsilini başa vurduqdan sonra Şəkidə Kən Təsərrüfatı Texnikomunda ipəkçilik üzrə təhsil alır.Bir müddət Qubada arqonom işləyən Ə.Cəbrayılov hərbi xidmətə çağrılır.Ukrayna aviasiya məktəbində hərbi kursu uğurla bitirərək kiçik leytinant rütbəsi alır.Əhmədiyyə hərbi xidmətdə olduğu dövrdə döyüş təyyarəsinin,hərbi texnika və silahalrın bütün sirlərini,o cümlədən alman dilini öyrənir.Hərbi xidmətinin bitməsinə az qalmış,1941 ci ilin iyununda faşist Almaniyasının SSRİ-yə hücumu ilə Böyük Vətən müharibəsi başlayır.Müharibənin ilk günlərindən bombardımançı təyyarə ilə döyüşlərdə fəal iştiark edir.Ukraynada Xarkovun 200 km-də ön cəbhədə və Donbasda döyüşlərdə qəhrəmancasına iştirak edərək 1942-ci ildə fərqləndiyinə görə böyük leytinant rütbəsi alır.Döyüşlərin birində yaralanmasına baxmayaraq sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıdan Əhmədiyyə kəşfiyyata göndərilir.1942-ci ilin aprel-may aylarında Ukraynadakı əməliyatlar zamanı Əhmədiyyənin təyyarəsi vurulur və o yaralı halda əsir düşür.İlk vaxtlar müxrəlif əsir düşərgələrində saxlandıqdan sonra Fransaya aparılır.1942-ci ildə Əhmədiyyə bir qrup əsirlə birlikdə Daxao ölüm düşərgəsinə aparılır və burada onları qaz kamerasına salırlar.Digər əsirlər həlak olsada Əhmədiyyəni nişanlısının ona verdiyi dəsmal xilas edir.Kənd camaatı əsirləri dəfn edərkən Əhmədiyyənin ölmədiyini görüb onu basdırmırlar.Almanlar onu yenidən həbs edib əsir düşərgələrinə göndərirlər.Əsir düşərgəsindən qaçamağa cəhd edir,amma planı baş tutmur və Əhmədiyyəni Fransanın cənubundakı Tuluza həbs düşərgəsinə göndərirlər.Əhmədiyyə burada ağır xəstəliyə tutulur və xəstəxnaya yerləşdirilir.Janna adlı qadının Əhmədiyyənin sağalmasına və əsirlikdən xilas olmsına köməklik göstərir.Məhz Jannanın köməyi ilə fransız dilini öyrənir və partizanlarla əlaqə yaradan Əhmədiiyənin həyatında yeni mərhələ başlayır.1943-cü ilin mayında əvvəlcə Kaberta partizan dəstəsinə,daha sonra isə kapitan Del Plankın rəhbərlik etdiyi Düma gizli ordusuna qoşulur.Partizanlar ilk vaxtlar ona inanmasalarda tezliklə öz bacarığı ilə sınaqlardan uğurla çıxaraq partizanların hörmətini qazanır.Müxtəlif gizli əməliyyatlarda iştirak edərək xeyli sayda əsiri alman faşistlərindən azad edir.Ən mühüm kəşfiyyat əməliyyatları Ə.Cəbrayılova tapşırılırdı.Hətta əməliyyatların birində digər azərbaycanlı əfsanəvi partizan Mehdi Hüseynzadə ilə görüşür.O Fransanın paytaxtı Paris şəhərinin alman faşistlərindən azad olunmasında iştirak edir.1944-cü ildə Fransa Müvəqqəti Hökümətinin başçısı Şarl de Qolla görüşür və De Qol Əhmədiyyəni ziyafətə dəvət edir.Əhmədiyyə Şarl de Qolun dəftərxanasında tərcuməçi kimi çalışır.Fransa höküməti Əhmədiyyə Cəbrayılovun xidmətlərini layiqincə qiymətləndirərək ona ondan çox orden və medalla təltif edir və Fransanın Milli Qəhrəmanı adını verir.Əhmədiyyə Cəbrayılova Fransanın ən böyük hərbi mükafatı olan “ fəxri legion” ordeni verilir.Bu orden rəsmi hərbi keçidlərdə və paradda əsgərə generaldan öndə getmək hüququ verirdi.Fransa və ABŞ ona vətəndaşlıq təklif etsə də,bu təkliflərdən imtina edir.Ürəyi vətən eşqi ilə döyünən Əhmədiyyə 1946-cı ildə Şarl de Qolun köməy ilə vətəninə-doğulduğu Şəkiyə qayıdır.Şəkidə müxtəlif təsərrüfatlarda çalışır və Sürəyya adlı xanımla ailə həyatı ququr,7 övladı dünyaya gəlir.Xüsusi xidmət orqanları onu “vətən xaini” olmaqda ittiham edir və Moskvada aparılan yoxlamalardan sonra onun mükafatlarının bir hissəsi əlindən alınır.Müxtəlif təqib və işgəncələrə məruz qalan Əhmədiyyə kalxozdakı işindən uzaqlaşdırılır.Bir müddət donuz fermasında qarolçu işləyərək müxtəlif çətinliklərlə ailəsini dolandırır.1963-cü ildə SSRİ-nin o zamankı rəhbəri N.Xuruşşovun göstərişi ilə Moskvaya çağrılır.Moskvada ona Fransa prezidenti Şarl de Qolun hədiyyə göndərdiyi maşından əvvəl imtina etsə də ,sonradan onu sülh fonduna bağışlayır.1966-cı ildə Şarl de Qolun SSRİ-yə səfəri Ə.Cəbrayılovun həyatında dönüş nöqtəsi olur.Şarl de Qol səfər zamanı xüsusi ehtiramla görüşür.Bundan sonra Ə.Cəbrayılov SSRİ-də də Fransanın Milli Qəhrəmanı kimi tanınır.Şarl de Qolun 1966-cı ildə ona bağışladığı maşını sataraq həmin pulla Oxod kəndin sel sularından qorumaq üçün bənd tikdirir.Ona əvvəl salam verməyənlər artıq bu hadisədən sonra xüsusi hörmət bəsləyirlər.Beləcə xalqımızın qəhrəman oğlu həyatının sonuna kimi Şəkidə yaşayır.1994-cü ildə ağır yol qəzası nəticəsində vəfat edir.
“Ot kökü üstündə bitər” deyib ulularımız Ə.Cəbrayılovun böyük oğlu Mikayıl Cəbrayılov polis orqanlarında xidmət edirdi.1990-cı illərin əvvəllərində ermənilərin Qarabağda həyata keçirdiyi separatizm Mikaylı bir vətənpərvər kimi narahat edir .Müharibəyə yollanan Mikayıl Cəbrayılov Şuşa yaxınlığında qəhrəmancasına şəhid olur.M.Cəbrayılov ölümündən sonra Ali Sovetin qərarı ilə “Qırmızı ulduz” ordeni ilə təltif olunur.Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı təsis ediləndə bu ada ilk layiq görülənlərdən biri də Mikayıl Cəbrayılov olub.1992-ci il 6 iyunda Azərbaycan Respublikasınım prezidentinin fərmanı ilə Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltif edilib.
Böyük Vətən müharibəsi iştirakçıları daim dövlətimizin diqqətində olub.Qəhrəmanlıqlar göstərmiş şəxslərin adının əbədiləşdirilməsi,onların döyüş və mübarizə yolunun gənc nəsilə çadırılması istiqamətində xeyli işlər görülüb.Ə.Cəbrayılovun Şəki şəhərində yaşadığı küçəyə onun adı verilib,evi isə muzeyə çevrilib.Əhmədiyyə Cəbrayılovun xatirəsinin əbədiləşdirilməsi və onun xidmətlərinin təbliğ olunması sahəsində son zamanlarda atılmış ən mühüm addımlardan biri Azərbaycan Respublikasının cənab prezidenti İlham Əliyevin 2020 –ci ilin avqustunda “Əhmədiyyə Cəbrayılovun 100 illik yubleyinin keçirilməsi haqqında” verdiyi fərman xüsusi əhəmiyyət kəsb edir.Ə.Cəbrayılov kimi xalqızın saysız qəhrəmanları təbliğ olunmalı və gələcək nəsillərə çatdırılmalıdı.

Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulov

Sosial şəbəkələrdə paylaş: