Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi yekunlaşdı25-11-2020, 19:30
Oxunma sayı: 147
![]() Məlumat üçün bildiririk ki, Qadınlar Gələcək Uğrunda İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu” adlı layihəsini icra etdi. Layihənin məqsədi qida təhlükəsizliyinin təmin olunmasında vətəndaş məsuliyyətini artıraraq İctimai Nəzatət mexanizmini hazırlamaqdan ibarət idi. Layihə çərçivəsində İnternet Tv-də yayımlanacaq “Ana südünün faydaları”, “Yağların orqanizmdə rolu və zeytun yağının faydaları”, “Pandemiya dövründə Vətəndaş məsuliyyəti”, “Fast-food qidalar və zərərli içkilərin orqanizmə təsirləri” və “Qan donorluğunda sağlam qidalanma” adlı 5 maarifləndirici veriliş hazırlandı. Layihə iştirakçılarına paylamaq üçün maarifləndirici bukletlər və “Sağlam Qida Bələdçisi” adlı kitabçalar nəşr olundu. Verilişləri aşağıdakı linklərdən izləyə bilərsiniz. |
Sosial şəbəkələrdə paylaş: