“Bayram süfrəsi sağlamlığınıza təhlükə olmasın!” Məhsəti Hüseynova, Sağlam qidalanma üzrə mütəxəssis Cəsur döyüşçü - Murad Quluzadə “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.” ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi.
“Əsirlikdən qəhrəmanlığa gedən yol” QHT "Qan Donorluğunun Əhəmiyyəti" mövzusunda veriliş hazırlayıb "Qan Donorluğuna və İslam dinində baxış" mövzusunda veriliş hazırlanıb "Region Gənclərinin Qan Donorluğuna münasibəti" mövzusunda veriliş hazırlanıb.
Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği layihəsi çərçivəsində Vebinar keçirilib “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi yekunlaşdı Tariximizin qəhrəmanlıq səhifəsi



» » "Region Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği" layihəsinin icrasına başlanıb


"Region Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği" layihəsinin icrasına başlanıb

5-10-2020, 15:00
Oxunma sayı: 944
"Region Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği" layihəsinin icrasına başlanıb
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə "Region Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği" layihəsinə start verilmişdir.

Layihə rəhbəri GİİYİB – in sədri Kazım Məmmədov Respblika.İnfo ya açıqlamasında bildirib ki, Bildindiyi kimi 2020 – ci il Cənab Prezidentin Sərəncamı ilə “Könüllülər ili” elan edilib. GİİYİB olaraq ənənə xarakteri almış könüllülüklə bağlı layihə və tədbirlərimiz bu ildə davam etmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsində qalib olan və dəstəklənən "Region Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği" layihəsinin əsas məqsədi Ucar, Göyçay və Zərdab rayon gənclərinin qan donorluğu ilə bağlı marifləndirilməsi və gəncləri qan donorluğu kimi həssas proseslərdə könüllü iştiraka təşviq etməkdən ibarətdir. Layihə rəhbəri əlavə edib ki, Layihə çərçivəsində bir vebinar və 3 müvafiq verilişin hazırlanması nəzərdə tutulmuşdur. Eyni zamanda marifləndirmə işlərinin nəticəyönümlülüyünü artırmaq üçün qan donorluğu ilə bağlı müxtəlif dillərdən və mənbələrdən yararlanmaqla “Həyatı Paylaş” adlı kitabça və bukletlər də hazırlanaraq gənclərə paylanacaqdır.

Sosial şəbəkələrdə paylaş: