“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Tariximizin qəhrəmanlıq səhifəsi 200 illik işğal və 10 günlük möhlət! - Elməddin Behbud yazır “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib İctimai Nəzarət Qrupu üzvü “GənclərinTöhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək



» » Tariximizin qəhrəmanlıq səhifəsi


Tariximizin qəhrəmanlıq səhifəsi

16-11-2020, 16:30
Oxunma sayı: 212
Tariximizin qəhrəmanlıq səhifəsi
Qarabağ Azərbaycanın şanlı tarixinin qəhrəmanlıq səhifəsidir. Ermənistanın 200 il ölkəmizə qarşı ərazi iddiaları ilə müşayiət olunan işğalçılıq siyasəti müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və ordumuzun qəhrəmanlığı sayəsində tam iflasa uğramışdır. Demokratik dəyərlərə sadiq etnik tərkibinə görə rəngarəng, müxtəlif konfessiyaların mövcud olduğu qüdrətli ölkəmiz mahiyyət etibarilə terrorçu, məhdud millətçi ideaların əsiri olan bir ölkəyə istər hərb meydanında istərsə də, informasiya müharibəsində qalib gəlmişdir. Düşmənin ölkəmizə qarşı təcavüzkar siyasəti, sərhəd kəndlərində törətdiyi təxribatlar və müharibə cinayətləri, yeni ərazilərin ilhaqına yönəldilmiş fitnəkar cəhdləri Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində genişmiqyaslı əks hücum əməliyyatlarına başlamasını qaçılmaz etdi.
Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə mandat almış ATƏT-in Minsk qrupu 30 il ərzində yalnız rəsmiyyət xatirinə fəaliyyət göstərmiş, əslində münaqişənin həlli yolunda heç bir önəmli addım atılmamışdır. Hətta son vaxtlar “status-kvo qəbuledilməzdir” fikrini irəli sürən böyük dövlətlərin mövqeyi beynəlxalq hüququn ali prinsiplərini həyata keçirmək əvəzinə münaqişənin dondurulmasına yönəldilmişdir.
Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan yeni reallıq yaratmışdır. 8- 9- 10 noyabr tarixlərində cərəyan edən hadisələr, vətən müharibəsinin qalibiyyətlə başa çatması özünün ərazi bütövlüyünü təmin edən Azərbaycanın timsalında Cənubi Qafqazda qüvvələr nisbətini mütərəqqi qüvvələrin xeyrinə dəyişdi. Ermənistanın müharibədə məğlubiyyəti onun regionda onsuz da zəif olan mövqelərini daha da zəiflətdi, bu marianet dövlətin qonşu xalqlara qarşı törədə biləcəyi terror və təcavüz təhlükəsini aradan qaldırdı.
Bəli, Azərbaycanın öz ərazi bütövlüyünü rəşadətli Ordusunun gücü ilə, hərbi yolla azad etməkdən başqa çıxış yolu qalmamışdı. Müharibənin davam etdiyi 44 günlük zəfər yürüşü Azərbaycanın Ordusunun tam qəti qələbəsi ilə nəticələndi. Bu ağır və şərəfli günlərdə biz dostumuzu da yaxşı tanıdıq, düşmənimizi də. Həmin günlərdə ermənidən daha çox erməni olan Fransanın hakim dairələrindən fərqli olaraq, qardaş Türkiyə, Pakistan, Əfqanıstan Azərbaycanın haqq işini müdafiə etdilər, nəticədə Azərbaycanın mədəniyyəti, mənəviyyatı simvolu olan Şuşaya və işğal altında olan digər rayonlara qayıda bildik, bayrağımız qalibiyyət rəmzi kimi ucalarda dalğalandı.
Düşmən üzərində qazandığımız bu tarixi qələbəyə görə Prezidentimiz müzəffər Ali Baş Komandan İlham Əliyevə və Ordumuza minnətdarıq.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


Malik Vahidov
Ucar rayon Qeydiyyat Şöbəsinin rəisi
Sosial şəbəkələrdə paylaş: