“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Tariximizin qəhrəmanlıq səhifəsi 200 illik işğal və 10 günlük möhlət! - Elməddin Behbud yazır “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib İctimai Nəzarət Qrupu üzvü “GənclərinTöhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək



» » “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”


“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”

15-11-2020, 14:59
Oxunma sayı: 228
“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
2019-2020-ci dərs ilində Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsində ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətinin formalaşdırılması nominasiyası üzrə Göyçay şəhər 5 saylı tam orta məktəb “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər” adlı layihə ilə qalib olmuşdur. Layihənin rəhbəri məktəbin direktoru Vüqar Məlikovdur. Layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2018-2024 –cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş əsas vəzifələrdən biri olan sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunmasını təmin etməkdir.
Cəmiyyəti formalaşdıran və inkişaf etdirən əsas amillərdən biri də təhsildir. Təhsil bütün vətəndaşları, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafda çətinlikləri olan şəxsləri də əhatə etməklə onları ictimai həyata aktiv iştiraka qatılmağına kömək edir. Xüsusilə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradılmışdır .Son dövrlər təhsilin bu sahəsinə dövlət qayğısının artdığını görürük. Belə ki , Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və 2018-2024-cü illərdə inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi bunu deməyə əsas verir.
Dövlət Proqramının əsas vəzifələrindən biri bu kateqoriyadan olan uşaqların təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunmasıdır. Dövlət Proqramında nəzərdə tutulmuş bu əsas vəzifə həyata keçirilməmiş olaraq qalmaqdadır.Yəni son bir neçə ildə sağlamlıq imkanları məhdud uşaqlarla işləyən pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı hər hansı bir təlim kursu keçirilməmişdir. Layihədə bu istiqamət üzrə müəllimlərin bilik və bacarıqlarının artırılması üçün təlim kurslarına cəlb edilməsi nəzərdə tutulmuşdur. Bununla da bu təlim kurslarında müəllimlər əldə etdikləri biliklər və məlumatlar sayəsində tədris prosesində daha yüksək nəticələr əldə edə biləcək və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə aktiv inteqrasiyasını təmin etmiş olacaqlar.
Layihədə 2 rayonun -Ucar və Göyçay rayonlarında sağlamlıq imkanları məhdud olan uşaqlara dərs deyən müəllimlərin peşəkarliq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Hazırda Göyçay rayonunda 34 nəfər sağlamlıq imkanları məhdud olan uşaq təhsil alır.Onlardan 15 nəfəri ibtidai, 19 nəfəri isə ümumi orta təhsilə cəlb edilmişdir. Ucar rayonunda isə 45 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alır. Onlardan 24 nəfəri ibtidai, 21 nəfəri isə ümumi orta təhsilə cəlb edilmişdir. Onlardan isə 9 nəfəri xüsusi təhsilə cəlb edilmişdir. Həmin şagirdlərlə işləməsi üçün müəllimlərin yetəri qədər pedaqoji təcrübələrinin və metodiki vəsaitlərinin olmaması çətinliklər yaradır. Təlimlərə hər rayondan 30 nəfər müəllimin cəlb edilməsi nəzərdə tutulmuşdur ki, bu da ümumilikdə 60 nəfər müəllimin bu təlimdən keçməsinə imkan yaradacaq.
COVİD-19 virusu ölkəmizdə yayıldığı üçün layihənin icrası onlayn şəkildə nəzərdə tutulmuşdur. Onlayn təlimlərə arzu edən müəllimlər qoşulmaq imkanı əldə edəcəkdir. Bununla da təlimin hədəf kütləsinin artması və əhatə dairəsinin genişlənməsinə səbəb olacaqdır.
Layihə 3 hissədən ibarət olacaq:
1. Hazırlıq və təlimçi müəllimlərin seçimi mərhələsi.
2. Qeyd olunmuş rayonlarda sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən müəllimlərə təlimlərin keçirilməsi.
3. Hər rayondan təlimlərdə yüksək nəticə göstərmiş 20 nəfər müəllimin təcrübə mübadiləsi üçün Göyçay şəhərində yerləşən Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın peşəkar müəllimləri ilə onlayn vebinar keçirmək.
Sonda layihənin yekun mərhələsi olaraq rayonların təhsil ictimaiyyətini layihənin nəticələri barədə onlayn şəkildə məlumatlandırmaq və hesabatların hazırlanaraq lazımi təşkilatlara verilməsi nəzərdə tutulur.
Layihənin fəaliyyəti 15.09.2020-ci il tarixdən başlamışdır. İlk növbədə Göyçay və Ucar RTŞ-nin əməkdaşlarının vasitəsi ilə təlimlərdə iştirak edəcək müəllimlərin siyahısı əldə edilmiş və təlimçi müəllimlər seçilmişdir. 25.09.2020-ci il tarixdə virtual məktəb vasitəsi ilə layihənin açılış mərasimi keçirilmişdir. Mərasimdə Goyçay və Ucar RTŞ-nin müdirləri , direktorlar və müəllimlər iştirak etmişdilər. Mərasim layihə rəhbərinin açılışı ilə başladı. Sonra layihə barədə iştirakçılara geniş məlumat verildi. Daha sonra hər iki rayonun RTŞ müdirlərinə soz verildi. Onlar da öz növbəsində layihənin günün tələbi olduğunu bildirərək layihənin zəruriliyi və aktuallığı barədə qeyd etdilər.Əlavə olaraq layihənin fəaliyyəti müddətində zəruri köməkliyi göstərəcəklərini bildirdilər. Layihə barədə məktəb direktorları və müəllimlər də öz fikirlərini bildirdilər.
Təlimlərin 05.10.2020-ci il tarixdə başlaması nəzərdə tutulsa da, mövcud vəziyyətlə əlaqədar olaraq( müharibə şəraitində) internetin zəif olması baxımından təlimlərə start vermək mümkün olmamışdır. Odur ki, layihənin fəaliyyəti müvəqqəti dayandırılmış və müzəffər ordumuzun əldə etdiyi şanlı qələbədən sonra internetin sürəti artdığı üçün 10.11.2020-ci il tarixdən təlimlərə start verilmişdir. Hazırda müəllimlər böyük ruh yüksəkliyi ilə təlimlərdə iştirak edirlər.


“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Sosial şəbəkələrdə paylaş: