“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Tariximizin qəhrəmanlıq səhifəsi 200 illik işğal və 10 günlük möhlət! - Elməddin Behbud yazır “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib İctimai Nəzarət Qrupu üzvü “GənclərinTöhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək



» » İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.


İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.

23-10-2020, 00:19
Oxunma sayı: 1159
İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
Gürcüstan Parlamentinin Bolnisi (Çörük-Qəmərli) dairəsindən deputatı Qoqi Meşveliani, terrorist Nikol Paşinyanla yaxın dostdur və beynəlxalq erməni lobbisinin Boorçalıda faktiki başkəsəni roulu yerinə yetirir. 31 oktybar 2020-ci il tarixdə Gürcüstanda keçiriləcək Parlament seçkilərində Qoqi Meşveliani Borçalıda yaşayan qarapapaq və azərbaycan türklərinin səsi ilə yenidən deputat seçilmək istəyir. Borçalıda yaşayan soydaşlarımızın gözü açılmalıdır! Erməni lobbisinin əsas adlarından birini özümüz öz səsimizlə deputat seçməməliyik. Bunu açıqlamasında Polşa Qarapapaq Türkləri Milli Komitəsi (PQTMK) Rəyasət Heyətinin Sədri İsmayıl Qacar bildirib.

İsmayıl Qacar Gürücstanda yaşayan soydaşlarımıza müraciət edərək qeyd edib ki, Qoqi Meşvelianinin özü erməni mənşəlidir. Onun atası ermənidir və adı Joradır. Anası isə mənşəcə snavdır. Meşveliani anasının familyasıdır. Qoqi Meşvelianinin atası avtomobil ustası erməni mənşəli Joranı Bolnisdə hamı tanlylr.
Qoqi Meşveliani Ermənistanın baş naziri, terrorist Nikol Paşinyanla yaxın münasibətlrə malikdir və səmimi dostdurlar. 2012-2014-cü illərdə N. Paşinyana jurnalist kimi Tbilisiyə tez-tez səfər edəndə onu Q.Meşveliani qarşılayıb, dəflərlə xərclərini ödəyib.
Əsas məslə odur ki, N.Paşinyan 14 yanvar 2019-cu ildə Ermənistan Baş naziri təyin ediləndə, 15 yanvar 2019-cu il tarixində dərhal Gürcüstana Bolnisi rayonuna gəlib. Gürcüstan Baş naziri Mamuka Baxtatdze ilə rəsmi görüşdın sonra, qeyri-rəsmi şəraitdə Qoqi Meşveliani və erməni lobbisinin nümayəndələri, erməni keşişləri ilə 5 saat bir yerdə olub, sonra Bolnisi restoranlarının birində 3 saat yeyib içiblər. Bu qonaqlıq məsləsini Bolnisidə kiçik uşaqlar belə bilir. Bunun sübuta heç ehtiyac belə yoxdur. Yerli Bolnisi azərbaycanlıları yaxşı bilir ki, Qoqi Meşveliani ermənidir və beynəlxalq erməni diasporası ilə ciddi əlaqalərə malikdir. Bolnisi şəhərindən 1992-ci ildə bütün azərbaycanlılar çıxarılıb, onların mülkləri tamaiylə ələ keçirilib. Qoqi Meşveliani məhz 2008-ci ildə azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonun İcra başçısı təyin edilib, 2012-ci ildən isə Gürcüstan Parlamentinin deputatdır. Bolnisi şəhəri Gürcüstanda erməni lobbisinin qalası hesab edilir. Məhz Qoqi Meşvelianin bir başa təşəbbüsləri nəticəsində son 12 ildə Bolnisi şəhərinə nə yerli azərbaycanlılar nə də Türkiyədən, Azərbaycandan olan iş adamları buraxılmırlar, onlara ev, mülk, dükan və digər əmlak satılmır. Gürcüstanın istənilən şəhər və bölgəsində azərbaycanlılar ev, mülk, dükan və əmlak ala bilərlər. Amma Bolnisi şəhəri məhz erməni lobbisinin səyləri nəticəsində azərbaycanlıların üzünə bağlanıb. Erməni lobbisinin bu siyasətini Bolnisidə məhz Qoqi Meşveliani həyata keçirir.
İndi də Qoqi Meşveliani yerli azərbaycanlıların səsləri ilə Gürcüstan Parlamentinin daha 4 illiyinə deputatı seçilib, qədim türk şəhəri Bolnisə (Çörük-Qəmərliyə) azərbaycanlıların girişinin qarşısını daha 4 illiyinə almaq fikrindədir, deyə İsmayıl Qacar fikirlərini tamalamışdır.
Sosial şəbəkələrdə paylaş: