“Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib. SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ
“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib.



» » “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür”


“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür”

11-10-2020, 10:54
Oxunma sayı: 85
“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür”Son 30 ildə dünya birliyi Ermənistanın təcavüzkar siyasətinə göz yumurdu.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev deyib.


“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə çıxışında Qarabağ məsələsinin sülh yoluyla həll olunmasına çağırışlar edirdi. Ermənistanın işğal siyasətindən əl çəkməyə və torpaqlarımızı azad etməyə çağırırdı. Təəssüflər ki, beynəlxalq birliyin laqeydliyi və süstlüyü Ermənistanın təcavüzkar siyasətinin davam etdirməsinə səbəb olurdu. Beynəlxalq birlik tərəfindən Ermənistanın işğalçılıq siyasətinə dur deməkdən, heç bir irad da bildirilmirdi. Demək olar ki, son 30 ildə Ermənistana qarşı heç bir təzyiq göstərilmirdi. BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi dörd qətnaməsinin icra olunmaması ikili standartın göstəricisi hesab edilməlidir. Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə yanaşı, digər rayonlarımızın işğalına çalışırdı. Tovuz hadisələri bunu bir daha sübut etdi”,-deyə Orxan Əliyev qeyd edib.

Orxan Əliyev Ermənistanın Azərbaycan qarşısında seçim qoymadığını söyləyib.
“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür”
“Azərbaycan dövləti öz doğma torpaqlarını güc yoluyla azad etmək qərarını verdi. Ermənistan sülhü yox, işğal yolunu tutdu. Azərbaycan ordusu Ali Baş Komandamızın əmrini yerinə yetirərək qısa zamanda Ermənistan ordusunu Qarabağda darmadağın etdi. Müdafiə nazirliyi tərəfindən təqdim edilən videolar qürurvericidir. Onların demək olar ki,texnikası məhv edilib. Şəxsi heyətləri böyük itkilər verirlər, döyüş mövqelərindən qaçırlar. Ermənistan acı məğlubiyyətini Azərbaycanın dinc insanlarını qətlə yetirməklə cavab verməyə çalışır. Rayonlarımızı uzaqmənzilli raketlərlə vurur. Həm də dünya birliyi Ermənistanın bir daha təcavüzkar, faşist dövləti olduğunu bir daha şahidi oldu. Ermənistan bununla xalqımızı qorxutmağa və xaos yaratmağa çalışır. Əksinə baş verdi: Xalq və dövlət birliyi daha da gücləndi. Prezidentimiz dediyi kimi “onları iti qovan kimi qovacağıq və qovuruq!”

Cənab Prezident, Ali Baş Komandan vurğulayıb ki, münaqişə həll olunmasının sülh yolu ilə bərabər müharibə yolu da vardır. Və son bir neçə gün ərzində baş verənlər və qələbələrimiz bunun sübutudur. Bu gün qəhrəman əsgərlərimiz düşməni torpaqlarımızdan çıxarırlar. Madagiz, Cəbrayıl, Hadrutun və bir sıra strateji yerlərindən azad olunması prosesi qəhrəman ordumuz tərəfindən uğurla davam etdirilir. Qarabağ torpaqları qəhrəman ordumuzun və Azərbaycan respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə tamamilə işğalçılardan azad olunacaq.

İndi Ermənistan əlacsız vəziyyətdir. Cənab Prezidentin dediyi kimi Nikol Paşinyan dünya liderlərinə zəng etməklə onları bezdirib”.

Federasiya prezidenti Qarabağın azadlığı uğrunda onlarla kikboksçunun döyüşdüyünü bildirib.

“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür. Yüzlərlə idmançılarımız Səfərbərlik çağırışı ilə könüllülərin sırasındadır. Federasiya olaraq, təməli illərlə Federasiyanın prezidenti olan, Milli Məclisin sədr müavini Adil Əliyev tərəfindən qoyulduğu kimi, daima gənclər arasında vətənpərvərlik təbliğ olunmuşdur və bundan sonra da belə olacaq. Federasiyanın fəaliyyət fəlsəfəsi vətənə, millətə sevgi üzərində qurulub.

Federasiyanın hər bir üzvü Prezidentimiz İlham Əliyevin ətrafında birləşib onun əmrini bir sadiq əsgər kimi dərhal yerinə yetirməyə hazırıq.”,-deyə federasiya prezidenti vurğulayıb.
Sosial şəbəkələrdə paylaş: