“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Tariximizin qəhrəmanlıq səhifəsi 200 illik işğal və 10 günlük möhlət! - Elməddin Behbud yazır “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib İctimai Nəzarət Qrupu üzvü “GənclərinTöhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək



» » "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş


"İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş

1-09-2020, 14:29
Oxunma sayı: 904
"İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə   onlayn görüş
Mingəçevir Gənclər Evindən olan gənclərin “Hər kəsə eyni baxaq“ adlı təşəbbüsü uğurla davam etdirilir. Təşəbbüsün əsas məqsədi Mingəçevirdən olan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına töhvə vermək, onların istedadlarının ictimaiyətə təqdim edilməsinə yönəlmişdir

30.08.2020-ci il tarixində Mingəçevirdə “Hər kəsə eyni baxaq“ adlı təşəbbüs komandasının təşkilatçılığı ilə tanınmış, gənc puplisist Orxan Adıgözəllə “İstedad Əngəl Tanımır” adlı onlayn görüş təşkil təşkil edilmişdir. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi.

Müzakirədə Gənc publisist öz maraqlı həyat hekayələrini və təcrübələrini iştirakçılarla bölüşmüş və iştirakçıların suallarını cavablandırmışdır. Görüşdə Bərdədən QHT fəalı və “Yarat, inkişaf et, töhfə ver” proqramının əməkdaşı Namaz Kərimov ekspert qismində iştirak etmişlər.

Onlayn görüş zamanı Mingəçevir, eləcə də respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan fiziki məhdudiyyətli insanları cəmiyyətə mövqeləri və onları narahat edən məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Müxtəlif təklif və təşəbbüslər səsləndirilmişdir.

Təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.
Sosial şəbəkələrdə paylaş: