“Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib. SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ
“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib.



» » “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi


“SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi

27-08-2020, 17:00
Oxunma sayı: 713
“SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
Bu gün “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirilib. Onlayn formada keçirilən konfransda Birliyin 243 üzvü iştirak edib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev konfransda çıxış edərək bildirib ki, “SƏLİS Könüllüləri” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdəki könüllü təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, Azərbaycanın ictimai həyatında fəallığının artılımasına dair çağırışlarını və müvafiq tapşırıqlarını rəhbər tutaraq Şuranın təşəbbüsü ilə yaradılıb. 2020-ci ilin fevral ayından etibarən “SƏLİS Könüllüləri” İctimai Birliyinin Təşkilat Komitəsi fəaliyyət göstərir.

Azay Quliyev Prezident İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunmasını son illərdə ölkəmizdə təşkil olunan onlarla mötəbər beynəlxalq tədbirin təşkilində yaxından iştirak edən, könüllü ruhu ilə ölkəmizin inkişafına töhfə verən insanların əməyinə verilən yüksək qiymət olduğunu vurğulayıb. “SƏLİS Könüllüləri”nə uğurlar arzulayan Azay Quliyev onların fəaliyyətinin vətəndaş cəmiyyətində könüllük hərəkatını daha da genişləndirəcəyinə inandığını bildirib: “SƏLİS Könüllüsü ölkənin ictimai həyatında aktiv rol oynamalı, kreativ ideyalarla çıxış etməli, beynəlxalq arenada ölkəmizi və mənsub olduğu təşkilatı layiqli təmsil etməlidir. Bunun üçün sizin geniş imkanlarınız var. Ümid edirəm ki qısa zaman ərzində siz ideya və layihələrinizlə Azərbaycanda gedən gənclər siyasətinə öz töhfənizi verəcəksiz”.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Farid Jafarov konfransda çıxış edərək dövlət gənclər siyasətinin prioritetlərindən danışıb. Fərid Cəfərov Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitin Avropada nümunəvi model olduğunu bildirib. İcraçı direktor ölkəmizdə böyük vüsət alan könüllülük hərəkatının sıralarının 2020-ci il “Könüllülər ili” çərçivəsində daha da genişlədiyini və könüllülərin pandemiyaya qarşı mübarizədə də ön sıralarda yer aldığını deyib. Fərid Cəfərov bu günlərdə könüllülər təşkilatlarının fəaliyyətinin koordinasiyasının təşkili məqsədi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının yaradıldığını bildirərək Gənclər Fondunun bu sahədə çalışan təşkilatlara dəstək verəcəyini bildirib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və ASAN Könüllüləri İctimai Birliyinin sədri Səbinə Cabbarova konfransda çıxış edərək ölkədə könüllülük hərəkatının əhəmiyyətini qeyd ediblər. QHT sədrləri “SƏLİS Könüllüləri” İctimai Birliyinə uğurlar arzulayaraq birgə əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.

Sonra gündəlikdə dayanan SƏLİS Könüllüləri İctimai Birliyinin təsis qurultayının sədrinin, katibinin və səs komissiyasının üzvlərinin seçilməsi, “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis olunması, Birliyini Nizamnaməsinin müzakirəsi və qəbul edilməsi, İctimai Birliyinin İdarə Heyətinin və Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvlərinin seçilməsi məsələsinə baxılıb.

Xudaverdi Quliyev, Aydan Nurəhmədova, Rauf Sadıqov, Zərnigar İslamova, Sara Quliyeva, Aytac Zülfiqarlı, Kənan Zeynalov, Şamxal Qənizadə, Arif Mikayılov, Yusif Vəliyev və Namiq Musayev Birlyiin İdarə Heyətinin üzvü seçilib.

Fatimə Zülfiqarlı, Nahid Əliyev, Fəqan Hüseynli, Gülnar Həsənova və Fəridə Heybətova isə Birliyin Nəzarət Təftiş Komitəsinin üzvü seçilib.

“SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
“SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
Sosial şəbəkələrdə paylaş: