“Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı8-08-2020, 23:48
Oxunma sayı: 2117
![]() Ölkəmizdə pandemiyadan əziyyət çəkmiş aztəminatlı ailələrə, tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq yardımlarının göstərilməsi işləri davam edir. Bu işdə dövlət və özəl qurumlarla yanaşı bir sıra Qeyri-Hökumət Təşkilatları da səfərbər olublar. Məlumat üçün bildiririk ki, “Gənclərə Qayğı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Pandemiyadan zərərçəkmiş aztəminatlı ailələrə yardım kampaniyasının təşkili” adlı layihə çərçivəsində Masallı rayonunda yaşayan pandemiyadan əziyyət çəkmiş 47-dən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərmişdir. ![]() ![]() |
Sosial şəbəkələrdə paylaş: