Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək
"İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib. “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub
Daşqın Gülməmmədov: Ramiz Həsənov, Eldar Həsənov, Qüdsi Osmanov və bəziləri Rusiya casuslarıdır. “Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı “Gənclərin Töhfəsi” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı Hamımız bilirik ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökür…



» » Hamımız bilirik ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökür…


Hamımız bilirik ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökür…

7-08-2020, 20:38
Oxunma sayı: 226
Hamımız bilirik ki, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökür…
Şəhid adı üzərindən süni ajiotaj yaratmaq istəyənlər bir məqamı unudurlar, artıq müasir texnologiyalar elə həddədir ki, onların yalanının ömrü cəmi qırx dəqiqə belə çəkmir…

Bu sözləri dialoq.info-ya açıqlamasında qardaş Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Türkiyə Jurnalistlər Birliyinin Ankara şəhər şöbəsinin sədri, gazeteanka.com saytının baş redaktoru, yazıçı-jurnalist Oktay Hacımusalı bildirib. Onun sözlərinə görə, Azərbaycanda hər zaman mövcud olan, ermənilərin 12 iyulda Tovuza hücum cəhdindən sonra daha da intensivləşən xalq hakimiyyət həmrəyliyi belə görünür, kimlərinsə yuxusuna haram qatıb. Həmin qüvvələr hər vəchlə çalışırlar ki, Azərbaycanda daxili sabitliyi pozsunlar, vətəndaşlarımız arasında mövcud olan inamı sarsıtsınlar, bununla da hal – hazırda xaos və anarxiyanın lap pik nöqtəsində olan rəsmi İrəvana bir az da olsa zaman qazandırsınlar. Jurnalist bildirib ki, illərdir Avropada oturub Azərbaycanın əleyhinə fəaliyyət göstərən beş – üç nəfər var və həmin insanlar nə zaman ordumuz ermənilərin yaratmaq istədiyi təxribatlara əməli cavab verirsə, həmin dərhal ortaya atılır və əhali arasında sosial şəbəkələr vasitəsi ilə heç bir əsası olmayan şaiyələr yayır, çaşğınlıq yaratmağa cəhd göstərirlər: “Onları əslində bizlər də, sadə vətəndaşlar da olduqca yaxşı tanıyır. Həbib Müntəzir də həmin qüvvələrdən biridir. Biz Həbib Müntəziri tanıyandan qeyri – ciddi, əsassız, qərəz və böhtan dolu dezinformasiya dolu fikirlər yaymaq, Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə çalışmaqla məşğuldur. Biz gah onu qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandıranda görürük, gah da AŞPA – da Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı cənab Prezident çıxış edərkən ağzını bağlayıb arxasını Prezidentə çevirəndə. Hə, bir də ayrıca sosial şəıbəkələr vasitəsi ilə tez – tez yalan məlumatlar yayır ki, artıq xalqımız da bir növ onun yalanlarına adətkərdə olub. Həbib Müntəzirin son yalanı isə Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barəsində paylaşdığı status oldu. Şübhəsiz, ağlı başında olan insanlar dərhal anladılar ki, beyni Qum saatı ilə işləyən bu cənabın məqsədi nədir… Həbib Müntəzir bir məqamı unutdu ki, onun güya iqtidarın Qəbələ rayonunda Tovuz döyüşlərində şəhid olan generalımız Polad Həşimovun adını əbədiləşdirərkən Azərbaycanın digər igid və qəhrəman generalı Həzi Aslanovun adına sayğısızlıq göstərməsi yalanına inanan elə onun özü kimi düşünən, ölkədə xaos və anarxiya yaratmağa cəhd edən beş – üç nəfər olar. Regionda maraqları olan qüvvələrin Azərbaycanda xaos, anarxiya və qarşıdurma yaratma cəhdlərinə qarşı xalqımız daim ayıq-sayıqdır. Ölkə rəhbərliyi və onun komandası isə qəhrəmanların adlarının əbədiləşdirməsi zamanı heç vaxt belə addım atmaz. Yalan üzərində qurulan montaj edilmiş şəkillər, videolar vasitəsi ilə davamlı şəkildə gündəmi dəyişdirməyə cəhd edən, şəhid adı üzərindən süni ajiotaj yaratmaq istəyənlər bir məqamı unudurlar, artıq müasir texnologiyalar elə həddədir ki, onların yalanının ömrü cəmi qırx dəqiqə belə çəkmir… Sonda bir məqamı da əlavə edim ki, onsuz da hamımız bilirik, Həbib Müntəzir kimilər kimin dəyirmanına su tökür… Ona görə də onların bu mənasız planları heç vaxt həyata keçməyəcək…”
Sosial şəbəkələrdə paylaş: