Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib


“Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib

27-07-2020, 22:00
Oxunma sayı: 253
“Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
26.07.2020-ci il tarixində Mingəçevirdə “Hər kəsə eyni baxaq“ adlı təşəbbüs komandasının təşkilatçılığı ilə “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilmişdir. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi.
Müzakirədə Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov, uzun illər əlilliyi olan uşaqlarla çalışan Elnarə Səmədova, Fərman “Mingecevir İsiqları”qezetinin baş redaktoru Fərman Nəbiyev, Bərdədən QHT fəalı Namaz Kərimov ekspert qismində iştirak etmişlər.
Onlayn görüş zamanı Mingəçevir, eləcə də respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya yolları, pandemiya dövründə qarşılaşdıqları çətinliklər müzakirə olunub. Eyni zamanda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Mingəçevir Gənclər Evindən olan gənclərin “Hər kəsə eyni baxaq“ adlı təşəbbüsü uğurla davam etdirilir.Təşəbbüsün əsas məqsədi Mingəçevirdən olan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına töhvə vermək, onların istedadlarının ictimaiyətə təqdim edilməsinə yönəlmişdir
Təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.

“Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib“Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib“Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib“Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Sosial şəbəkələrdə paylaş: