Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO


Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO

23-07-2020, 16:39
Oxunma sayı: 106
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğı nəticəsində Siyəzən rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir.
Belə ki, 2020-2021-ci tədris ilinin başlanması ərəfəsində Siyəzən şəhərində yerləşən Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəb binası istismara yararsız olduğundan sökülmüş, 1000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılmışdır.
Sinif otaqları, dəhliz və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsində yenidən qurulub, bütün lazımi avadanlıqlarla təchiz ediləcəkdir. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılacaqdır.
Respublika.İnfo xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısı cənab Novruz Novruzovun tapşırığı əsasında rayonda idmanın inkişaf etdirilməsi və kütləviliyinin artırılması, rayon gənclərinin idmana həvəsləndirilməsi, onların sağlam həyat tərzi sürmələri, potensiallarının üzə çıxarılması və idmanla sərbəst məşğul olmaları üçün Siyəzən rayonu, Babək küçəsində Fiziki Tərbiyə Mərkəzi inşa olunur. Bunun nəticəsində insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılacaqdır.
Siyəzən rayonunda aparılan tikinti-quruculuq işlərinə ən bariz nümunələrinə bir neçə misal çəkmək olar. Belə ki Siyəzən şəhərinin sakinlərinin mənzil ehtiyacını qarşılamaq üçün rayonda Tofiq İsmayılov küçəsində çoxmərtəbəli yaşayış binası və rayonda turizm potensialının yüksəlməsi və artan təlabata uyğun olaraq rayona gələn turistlərin rahatlığını təmin etmək məqsədilə Babək küçəsində 4 mərtəbəli otelin inşası davam etdirilir.
Siyəzən rayonunda sosial-iqtisadi inkişafı istiqamətində aparılan işlər fasiləsiz olaraq davam etdirilir.

Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO
Sosial şəbəkələrdə paylaş: